Yuxarı

Bakı-Sumqayıt marşrutunda qiymət qalxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı-Sumqayıt marşrutunda qiymət qalxdı

Bakı-Sumqayıt marşrutu üzrə işləyən avtobuslar soyuq havaların düşməsi ilə gediş haqlarını iki dəfə artırıb.

Bu barədə Axar.az-a Sumqayıtda yaşayan və daimi olaraq bu marşrutlardan istifadə edən şərnişinlər məlumat veriblər.

Şərnişinlər qeyd edir ki, Sumqayıt avtobusları adətən avtovağzaldan sərnişin toplayaraq işləmələrinə baxmayaraq, son zamanlar metronun "20 Yanvar" stansiyasına qədər gəlirlər. Bu isə sözügedən ərazidə tıxac yarannmasına səbəb olur.

Həmçinin sərnişinlər qeyd edir ki, yolunu dəyişən marşrutlar gediş haqlarını da iki dəfə qaldırıblar. Əvvəllər eyni istiqaməti 50 qəpiyə aparan marşrutlarda gediş haqqı indi 1 manata qaldırılıb. Sərnişinlərin sözlərinə görə, Bakı-Sumqayıt marşrutlarından heç biri avtovağzaldan istifadə etmir. "20 Yanvar"dan sərnişin yığaraq avtovağzala gələn marşrutlara isə minmək mümkün olmur.

Marşrutlarda süni qiymət artımını isə sərnişinlər sürücülərin soyuq havalardan istifadə edərək, özbaşınalığı kimi qiymətləndirirlər.

Məsələ ilə bağlı Nəqliyyat Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.

Tarix
2014.12.05 / 15:59
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Müharibələr Azərbaycanın yan-yörəsini əhatə edib - Prezident

Əzab-əziyyətə baxmayaraq, Azərbaycan xalqı əyilmədi

Əsl müstəqillik o vaxt olur ki... – İlham Əliyev

Dünya liderləri İlham Əliyevi təbrik edir

Prezident Böyük Qaladərəsi kəndində sakinlərlə görüşdü

İlham Əliyev Xankəndidəki Zəfər parkında - Foto

İlham Əliyev Xocalıda bu MMC-nin açılşında iştirak etdi

AXC-nin 1 yaşı necə keçib? - Əli Yusifin 1919-ci il yazısı

İlham Əliyev Xocalıda hərbçilər üçün tikilən evlərlə tanış oldu

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla