Yuxarı

Azərbaycanlı biznesmenin evinə basqın etdilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı biznesmenin evinə basqın etdilər

Bu gecə Balakən rayonunda biznesmenin evinə silahlı basqın olub.

Bu barədə ANS presə Balakən rayon polis şöbəsindən məlumat verilib. Hadisə rayonun Mübariz İbrahimov küçəsində yerləşən 40 yaşlı Habil Xəlilovun evində baş verib.

Evə soxulan 3 maskalı şəxs ev sahibinin üstünə odlu silah çəkib. Naməlum şəxslər ev sahibindən 200 min manat pul tələb ediblər. Əks təqdirdə onu və ailəsini qətlə yetirəcəklərini deyən silahlılar ev sahibinin həyat yoldaşına və övladlarına xəsarət yetiriblər.

Silahlılar 8-ci sinifdə oxuyan qızı və 11-ci sinif şagirdi olan oğlanı atanın gözü qarşısında möhkəm döyüblər. Daha sonra onun arvadına xəsarət yetiriblər.

Habil Xəlilov evə soxulan quldurlarla əlbəyaxa olub. Dava zamanı Habil Xəlilov maskalılardan iki nəfərin maskasını çıxarıb. Ev sahibilə bacara bilmədiklərini görən quldurlar onu elektroşokla vurublar.

Səsə gələn qonşular polisə xəbər veriblər. Quldurlar qaçmaq istəyərkən onlardan bir nəfəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindnə tutulub.

Saxlanılan şəxs 1984-cü ildə Gürcüstan Respublikasında anadan olan Bakı şəhər Xətai rayon sakini Ceyhun Füzuli oğlu Bayramovdur.

Balakən polisi qaçan digər şəxslərin də tapılması istiqamətində əməliyyata başalayıb.

Qeyd edək ki, Habil Xəlilov Rusiyada bizneslə məşğul olur. O, rayonu 2 ay əvvəl gəlib. Oğrular biznesmenin evində külli miqdar pul olacağını düşünüblər.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2014.12.06 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bölgənin problemlərini yalnız bu cür həll etmək mümkündür

Rusiyada Azərbaycan dilinin öyrənilməsinə ehtiyac var

İlham Əliyev Şimali Kipr prezidenti ilə görüşdü

İlham Əliyev Şaranı Azərbaycana dəvət etdi

İlham Əliyev Şara ilə görüşdü - Foto

102 ildən sonra azərbaycanlı vali seçildi - Video

Şagird hücumlarının səbəbi: seriallar, oyunlar... - Ağar

Prezident Maya Sandu ilə görüşdü

Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik

Qafarova və Simonyan arasında görüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla