Yuxarı

Kapital Bank əmanətçinin pulunu vermir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sovetlər dönəmindən əhalinin əmanət banklarına qoyulan pulları sahiblərinə çatdırılsa da, elə vətəndaşlar var ki, hələ də əmanətlərini ala bilməyib.

Belə vətəndaşlardan biri Ağayev Xankişi Camal oğludur. 1925-ci ildə Füzuli rayonunun Şəkərcik qəsəbəsində doğulan 93 yaşlı Böyük Vətən müharibəsi veteranı və 2-ci qrup əlil olan Xankişi Ağayevin dediyinə görə, üz tutduğu, dərdini danışmadığı instansiya qalmayıb. Kişini hörmətlə qarşılayıb, ağsaqqallığına rəğmən də hörmətlə yola salıblar. Pulunu isə tapıb verə bilmirlər.

Bu haqda "Axar.az"a onun nəvəsi Bənövşə xanım danışdı: "Babamın döyüş yolu 1941-ci ildən Mozdokdan başlayıb, 1945-ci ildə Berlində başa çatıb. Müharibədəki şücaətinə görə təltifləri var. O, həm də əmək veteranıdır. Elə əmək qəhrəmanı kimi də müxtəlif mükafatların, orden və medalların təltifçisidir. Axırıncı dəfə dövlət tərəfindən zəhmətinə verilən dəyər isə fasızım üzərində qələbənin 65 illiyi münasibəti ilə prezident İlham Əliyevin fərmanı ilə medalla mükafatlandırılmasıdır".

Xankişi əmi qaçqındır. Nizami rayonu Babək prospekti 41-də, ARDNŞ-yə aid olan Boru Kəmərlər İdarəsinin inzibati binasında məskunlaşıb. Bir neçə il bundan qabaq nəticəsini qəyyumluğa götürən Xankişi Ağayev indi özü nəvəsinin məskunlaşdığı idarə binasında kiçik bir otağın küncünə sığınıb. Aldığı təqaüd dolanışığına və dərmanlarına belə çatmır. Şikayəti isə heç də bu deyil.

Bank problemi təsdiq edir

Şikayəti Sovetlər dönəmindən əmanət bankına yerləşdirdiyi pulunu ala bilməməsidir. Yaşlı adam dəfələrlə bu haqda "Kapital" bankın Füzuli rayon şöbəsinə müraciət etsə də, müsbət nəticə olmayıb.

Bankın müdiri Camal Ocaqverdiyevlə əlaqə saxladıq. Bank müdiri bizimlə söhbətində Füzulinin qaçqın rayonu olduğu üçün sakinlərin bəzilərinin belə halla qarşılaşdığını təsdiqlədi. Konkret olaraq Ağayev Xankişi Camal oğlunun adına olan əmanət kitabçası işğal zamanı itdiyinə görə, onun əmanətini ödəmək mümkün deyil: "Bakıya sorğu göndərilib, hələ ki, cavab yoxdur. Xankişi Ağayevin həqiqətən bankın əmanətçisi olması təsdiqini tapdıqdan sonra ona düşən məbləğ ödəniləcək".

Onlara baş qoşma

Müharibə və əmək veteranı Xankişi Ağayevin narazılığı bununla bitmir. 2-ci qrup əlil Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən də soyuq münasibətlə qarşılaşıb. Belə ki, illərdir əlil kimi dayandığı maşın növbəsi çatmır ki, çatmır. "Hansı səbəbdəndirsə, ondan sonra növbəyə duran əlillər maşınla təmin olunublar. Soruşanda isə mənə belə cavab verdilər ki, onlara baş qoşmayaq, onlar hay-küy salanlardır", - nəvəsi Bənövşə xanım deyir.

Tarix
2013.10.19 / 13:55
Müəllif
Faiq Balabəyli
Digər xəbərlər

Əliyevin hesablarında Zirvə görüşündən paylaşım - Video

Xankəndidə Zirvə görüşü: Prezident çıxış etdi

Uraloğludan Xankəndidən təsirli sözlər - Foto

Şərif özü və Ərdoğan üçün Xankəndidən ev istədi - Video

Şahbaz Şərifin Azərbaycana səfəri başa çatdı

İlham Əliyevlə bu barədə razılığa gəldik - Şərif

Elşən İbrahimov Rusiya vətəndaşlığından çıxarıldı

Ərdoğan, Şərif və Əliyevin əl-ələ mühüm mesajı - Video

Hər bir məsələdə Azərbaycanın yanındayıq - Ərdoğan

Məsud Pezeşkianın Azərbaycan səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla