Yuxarı

Beyin axını: tanınmış alimlər ölkəni tərk edir - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beyin axını: tanınmış alimlər ölkəni tərk edir - Ekspert

“Beyin axını” kiçik ölkələri pis vəziyyətə salıb. Azərbaycanı xeyli sayda elm adamı tərk edib. Ölkə əsl alim üzünə həsrət qalıb.

Axar.az xəbər verir ki, bu sözləri təhsil eksperti Etibar Əliyev deyib. Ekspert qeyd edib ki, ölkəni tərk edən tanınmış alimlərin əksəriyyəti sanki nədənsə küsüb:

“Onların kənarda uğurlarını görəndə istər-istəməz beynimizdən belə bir sual keçir: onlar burda olsaydılar, daha yaxşı olmazdımı? Təbiət elmlərinin tanınmış alimlərinin yeri daha çox görünür. Yeni nəsil fizik, riyaziyyatçı, kimyaçı, İKT mütəxəssisləri yetişdirmək olduqca vacibdir. İnsan kapitalından danışırıq: Bu paradiqmanın tutumunu humanitar elmlər təşkil etmir. Ölkəni tərk edən tanınmış fizik və riyaziyyatçılar elə bil ki, nədənsə küsüblər. Onlar ildə bir neçə dəfə gəlib universitetlərimizdə kurslar aparsalar, tələbələrlə görüşsələr, çox faydalı ola bilər. Ancaq onların belə fəaliyyətini görmürük. Bəlkə özlərinə sığışdırmırlar bunu! Elm adamı umu-küsünü unutmalıdır”.

E.Əliyev bildirib ki, ölkəni tərk edən alimlər buradakı əməkhaqqı və universitetlərdəki mühiti bəhanə gətirilə bilərlər:

“Ancaq burada tələbənin və şagirdin heç bir günahı yoxdur. ABŞ, Çin, Hindistan kimi ölkələrə beyin axınının təsiri hiss olunmur. Ancaq bizdə artıq bu aclıq forması kimi özünü büruzə verir”.

Tarix
2019.05.15 / 09:21
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Prezidentin səhifəsində Ərdoğanla bu fotosu paylaşıldı

İlham Əliyev Türkiyəyə səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla