Yuxarı

Nazirin marşrutları azaltması xaos yaradıb - Şikayət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın ictimai nəqliyyatında bir neçə marşrut xəttinin ləğvi sərnişinlərə əlavə problemlər yaradıb. Şəhər sakinləri eyni istiqamətdə hərəkət edən marşrut xətlərindən birinin ləğvinə görə saatlarla gözləməli olur, interval daha da artır, avtobuslarda sıxlıq müşahidə edilir.

Bu problemlə üzləşən paytaxtın Bakıxanov qəsəbəsi sakinlərinin sözlərinə görə, 23 saylı marşrut xəttinin ləğvi də buna misaldır.

Axar.az-a müraciət edən sakinlər qeyd edirlər ki, iki ay əvvələ qədər sərnişinlər metronun "Xalqlar dostluğu" stansiyasından Bakıxanov istiqamətinə rahat gedib-gələ bilirdi. Çünki qəsəbəyə və oradan Komsomol dairəsinə qədər iki marşrut xətti işləyirdi.

Ancaq 23 saylı marşrutun ləğvindən sonra ümid yalnız bu istiqamətdə 49 nömrəli avtobuslara qalıb. Sakinlərin məlumatına görə, artıq iki aydır 23 saylı marşrutun ləğvinə görə əziyyət çəkirlər. Üstəlik, sözügedən marşrut daha qısa yolla, tıxac olmayan ərazidən keçərək mənzilbaşına çatırdı.

Qeyd edək ki, xəttdən çıxarılan 23 nömrəli marşrutun avtobusları 49 nömrəli xətt üzrə hərəkət edən marşrutlara satılıb. Sakinlər bildirirlər ki, ancaq avtobus sayının artımı hiss edilmir. 23 nömrəli marşrut qeyd edilən istiqamət üzrə ən çox istifadə edilən marşrut hesab olunurdu.

Avqust ayının 28-dən etibarən Nəqliyyat Nazirliyi 90, 95, 131, 168, 173 saylı avtobuslarla yanaşı, 23 nömrəli marşrut avtobusunun da hərəkət xəttini dəyişdirmişdi.

Tarix
2014.12.18 / 01:15
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla