Yuxarı

Hər il aeroportlarda niyə 25 milyon çamadan itir? - Faktlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Havaçılıq industriyası rəsmiləri son texnologiyalardan istifadə edərək, sərnişinlərin çamadanlarını izlədiklərini və çamadan itkisi statistikasının hər il azaldığını deyirlər.

Amma hər il milyonlarla baqaj sirrə qədəm basmaqda davam edir. Hava yolları bunun qarşısına keçmək üçün lazımi addımlar atırmı?

Digər sərnişinlər çamadanlarını alıb getdikdən sonra baqaj yerində əli boş bir şəkildə gözləmək ən ağrıverici hisslərdən biridir. Hər il milyonlarla sərnişin bu hissi yaşayır. Bəs çamadanlar niyə itir? Ən son texnologiyalardan istifadə edən havaçılıq industriyası çamadan məsələsində niyə bu qədər geridə qalıb?

Musavat.com xəbər verir ki, qlobal baqaj nəzarəti üçün texnologiya təmin edən "Sita" adlı şirkət 2007-ci ildə 46,9 milyon olan itmiş baqaj sayının keçən il 24.8 milyona endiyini deyir. Üstəlik, bu müddətdə sərnişin sayı da iki dəfə artıb.

"Sita"ya görə, baqaj təqibi texnologiyalarına qoyulan investisiyalar qarşılığını verir. Məsələn, Amerikanın Delta Hava Yolları çamadanların üstünə qoyduğu barkodlara bir də RFID (radio dalğa kimliyi) çipi yerləşdirir. Bunun sayəsində hava limanındakı baqaj kəmərləri üzərlərindən keçən çamadanı avtomatik olaraq yoxlayır və tanıyır.

"Delta" rəhbəri Qaret Coys bildirib ki, hər il daşıdıqları 150 milyon çamadanı bu çiplər vasitəsilə yerləşdirirlər. "Delta" bunun sayəsində çamadanların 99.9 faizini qüsursuz bir şəkildə daşıdığını deyir.

RFID çiplərindən istifadə edən və ya baqaj daşıyan işçilərinə mobil barkod oxuyucuları istifadə etdirən başqa şirkətlər də var. Bəs belədirsə, hər il 25 milyon çamadan niyə hələ də itməyə davam edir? "Sita"ya görə, itən baqajların yarısı ikili uçuşlardakı problemlərə görə bu aqibəti yaşayır.

Birinci təyyarənin gecikməsinə görə baqajlar ikinci uçuşa çatdırıla bilmir. Çamadanların vacib bir qismi də sərnişinlərin və ya baqaj daşıyıcılarının səhv çamadaları götürməsinə görə itir.

Baqajların itməsinə təsir göstərən bir başqa faktor da baqaj daşıma sisteminin qarmaqarışıq olmasıdır. Bəzi aeroportlarda hava yollarının öz işçiləri çamadanları daşıdıqları halda, bəzilərində birdən artıq hava yolu şirkəti üçün çalışan daşıma şirkətləri var.

Avropadakı kiçik aeroportları ziyarət edən sərnişinlər burada daha çox çamadan itirirlər. Bu məsələnin həlli uzun müddətdir gözlənən bir addım idi. IATA keçən il bir system yayınladı və hava yolları ilə hava limanlarının çamadanlarımızı daha yaxşı təqib etməsini məcburi etdi.

Artıq çamadanların varlığı sərnişinlərin bir neçə mərhələsində təkrar nəzarətdən keçirilir. Bu nöqtələr arasında təyyarəyə yükləmə anı və çatılan aeroportda paylaşıma çıxdığı an da var.

Amerikada hava yollarından aldığı çamadanları auksionla satışa çıxaran Sabibsiz Baqaj Mərkəzi adlı bir şirkət də “İçində nə tapacağınızı əsla bilə bilməzsiniz” şüarı ilə reklam kampaniyası keçirir. Əgər havaçılıq industriyası sonunda birgə hərəkət edərsə, bu cür şirkətlərə də ehtiyac qalmaya bilər.

Tarix
2019.06.06 / 00:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla