Yuxarı

BNA bacarmadı, DİN yolu “işğal”dan təmizlədi – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
BNA bacarmadı, DİN yolu “işğal”dan təmizlədi – Foto

Yandığı üçün söküntüsünə başlanılan “Diqlas” Ticarət Mərkəzinin qarşısındakı prospektin bir zolağının 20 günə yaxındır avtomobillər tərəfindən zəbt edilərək, parkinqə çevrilməsi və bunun yolda tıxaclara səbəb olması barədə məlumat yaymışdıq.

Axar.az xatırladır ki, sözügedən ərazidə söküntü işləri başladığı gündən üçzolaqlı yolda hərəkət çətinləşmişdi. Səbəb isə yolun bir zolağının söküntü ilə əlaqədar hasara alınması, ikinci zolağında isə avtomobillərin qanunsuz olaraq park edilməsi idi.

Dayanma-durmanın qadağan edilməsinə baxmayaraq, avtomobillərin prospektin bir zolağını işğal etməsi ilə bağlı Bakı Nəqliyyat Agentliyinə müraciət ünvanlasaq da, problem həllini tapmadı. Yol-nəqliyyat ekspertləri, həmçinin Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə bu məsələyə BNA-nın məsul olduğunu bildirdilər.

Nəhayət, ötən gün yol ekspertləri problemin həlli üçün DİN-in müdaxiləsindən başqa çarənin olmadığını bildirdilər.

Dünənki müraciətə DYP dərhal reaksiya verib. Əraziyə baxış keçirən Axar.az əməkdaşı bildirdi ki, DYP əməkdaşları xidməti avtomobillə bu gün səhər saatlarından sözügedən ərazidə yol kənarında dayanıb hərəkəti çətinləşdirən avtomobilləri oradan uzaqlaşdırıblar.

Hazırda ərazidə DYP əməkdaşları növbə çəkir. Parklama üçün ora yaxınlaşan heç bir sürücüyə qanunsuzluq etməsinə icazə verilmir. Ancaq əlbəttə ki, onların cərimələnməsindən söhbət gedə bilməz – çünki bu iş artıq BNA-ya tapşırılıb, BNA əməkdaşları isə ərazidə yoxdurlar.

Ərazinin aid olduğu Nizami Rayon İcra Hakimiyyətindən də saytımıza bildirilib ki, şikayətlər və müraciətlər nəzərə alınaraq, DYP-dən kömək istənilib.

Xatırladaq ki, yandıqdan sonra yararsız vəziyyətə düşən “Diqlas” ticarət mərkəzinin söküntü işləri başladığı gündən üç zolaqlı yolun bir zolağı normal olaraq işlərlə əlaqədar hasara alınmışdı. Digər zolaq isə qanunsuz olaraq parklanma yeri kimi istifadə edilirdi.

Qeyd: Ərazinin dünənə qədərki və bugünkü fotolarını təqdim edirik:

Tarix
2019.06.13 / 13:45
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla