Yuxarı

Rusiyadan azərbaycanlılar qayıdarsa, nə baş verər?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyadan azərbaycanlılar qayıdarsa, nə baş verər?

Rusiyada hökm sürən iqtisadi böhran bu ölkədə yaşayan soydaşlarımızın Azərbaycana qayıtmasına rəvac verib.

Axar.az xəbər verir ki, qeyri-rəsmi rəqəmlərə görə, Rusiyada çalışan 2,5-3 milyona yaxın azərbaycanlının ölkəyə qayıtma ehtimalı var. Bu ilin əvvəllərində Kreml rəhbəri Vladimir Putinin ölkə vətəndaşlığı almaq üçün şərtləri sadələşdirməsi də deyəsən vəziyyətə təsir etməyib. Həmvətənlərimizin kütləvi şəkildə ölkəyə dönmə qərarı paytaxtda, əsasən də bölgələrdə əlavə problemləri labüd edir.

Rus rublunun kəskin dərəcədə ucuzlaşması ölkəyə göndərilən kapital axınına da təsir göstərməkdədir. Bildirək ki, rəsmi məlumatlara görə, Rusiyada çalışan şəxslər il ərzində ən azı 1,5 milyard dollar həcmində vəsaiti bank vasitəsilə Azərbaycandakı ailələrinə göndərir. Nəzərə alsaq ki, Rusiyaya qazanc dalınca gedən vətəndaşların böyük bir hissəsi regionların payına düşür, onlar qayıtdıqdan sonra ölkədəki vəziyyəti analiz etmək o qədər də çətin deyil.

İqtisadçı ekspertlər də Rusiya iqtisadiyyatında böhranın davam edəcəyi təqdirdə soydaşlarımızın kütləvi halda ölkəyə dönməsini istisna etmir.

İqtisadi ekspert Samir Əliyevin sözlərinə görə, ilk vaxtlarda çətinlik sezilməsə də, 4-5 aydan sonra bölgələrdə işsizlər ordusu yarana bilər:

"Ölkəyə qayıdanlar orada qazandıqları vəsait hesabına müəyyən müddət dolanacaqlar. Kimi əlindəki pulla burada ev alıb kirayə verəcək, kimisi ailəsini dolandıracaq. Bu baxımdan, ilk zamanlarda ciddi narahatlıq olmayacaq. Ancaq 4-5 ay sonra onların büdcəsində problem başlayacaq. Gəlirin olmaması sosial baxımdan çətin vəziyyət yarada bilər".

Hökumət də artıq soydaşlarımızı qarşılamq üçün müəyyən tədbirlər görmək niyyətindədir. Bir müddət öncə Milli Məclisin deputatı Vahid Əhmədov Rusiyada müvəqqəti yaşayan soydaşlarımızın geri qayıtma ehtimalına hazırlaşmağı və fondlar yaratmağı təklif etdi. Bu fondlarla geri qayıdanlara yeni iş yerlərinin açılmasında dəstək vermək nəzərdə tutulur.

Tarix
2014.12.21 / 10:00
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Naxçıvana dron hücumu: İran bunu vəd etdi - Bayramov

NATO Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etdi

İranın Azərbaycana qarşı terrorunu Pakistanın qınaması...

Azərbaycanın İrana cavabı necə olacaq? - Zülfüqarov

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Naxçıvana hücum sübut etdi: İranda qərar verən qalmayıb!

"Kamaz" sərnişin avtobusuna çırpıldı - Anbaan video

Bayramov Moldova XİN başçısı ilə görüşdü

İran Azərbaycanı: Stalin geri çəkilməyə məcbur olmuşdu

SEPAH Bakı-Ceyhana hücum edə bilər? - Risk və təhdid artdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla