Yuxarı

Əbülfəs Qarayev Balakəndə vətəndaşlarla görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əbülfəs Qarayev Balakəndə vətəndaşlarla görüşdü

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, iyunun 21-də Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev Balakən rayon Mədəniyyət Mərkəzində Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edib.

Axar.az xəbər verir ki, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki və Oğuz rayonlarından, nazir müavini Rafiq Bayramov Qax rayon Heydər Əliyev Mərkəzində Qax rayonundan olan vətəndaşları qəbul ediblər.

Nazir Əbülfəs Qarayevin iştirak etdiyi qəbulda vətəndaşlar tərəfindən Balakən rayonunda Tarix-diyarşünaslıq muzeyi üçün yeni binanın tikilməsi, Bakı Xoreoqrafiya Akademiyasının mütəxəssisləri tərəfindən ustad dərslərinin keçirilməsi, “Söz” ədəbi layihəsinin rayonda təşkili, Heydər Əliyev Mərkəzində tanınmış rəssamların əsərlərinin nümayişi, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən folklor qrupları üçün səhnə geyimlərinin verilməsi, mədəniyyət müəssisələrinə yeni ştatların verilməsi ilə bağlı müraciətlər edilib.

Zaqatala rayonundan olan vətəndaşların müraciətləri isə kitabxanalara gözdən əlillər üçün audiokitabların verilməsi, Aşağı Tala kəndi ərazisində məcburi köçkünlər üçün salınmış qəsəbədə yerləşən kitabxanaya yeni ştatların verilməsi, xalça sənətinin inkişafı üçün Heydər Əliyev Mərkəzinin lazımi avadanlıqlarla təchiz edilməsi və ustad dərslərinin keçirilməsi ilə bağlı olub. Görüşdə həmçinin Xalq teatrına dövlət teatrları tərəfindən ləvazimat və inventarların, Uşaq incəsənət məktəbinə musiqi alətlərinin verilməsi, fəxri adlar, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər də səslənib.

Mədəniyyət nazirin birinci müavini Vaqif Əliyevin keçirdiyi qəbulda Şəki rayonundan olan vətəndaşların müraciətləri kitabxana fondlarının ali və orta ixtisas məktəblərinin tələbələri üçün tədris vəsaitləri ilə komplektləşdirilməsi, Şəki Dövlət Rəsm Qalereyasında tanınmış rəssam və heykəltəraşların əsərlərindən ibarət səyyar sərgilərin təşkili, Şəki muzeylərinin beynəlxalq turizm marşrutlarına salınması, xalq sənətkarları tərəfindən hazırlanan tətbiqi və təsviri sənət nümunələrinin paytaxtda satışının təşkili ilə bağlı olub.

Oğuzdan olan vətəndaşlar rayon haqqında sənədli filmin çəkilməsi, Xalq teatrının bərpası, rayonun Yaqublu kəndində yerləşən kurqanların təmiri, yerli yazıçıların əsərlərinin nəşr olunması, musiqi məktəbinə alətlərin verilməsi ilə bağlı müraciət ediblər.

Nazir müavini Rafiq Bayramovun iştirak etdiyi qəbulda Qax rayon sakinləri tərəfindən C.Cabbarlı adına Mərkəzi kitabxanada və S.Vurğun adına Mədəniyyət Mərkəzində istilik sistemlərinin quraşdırılması, rəsm qalereyasına yeni əsərlərin verilməsi, Qax Rayon Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmir olunması və ekspozisiyasının yenidən qurulması, fəxri adın verilməsi, işlə təmin olunma və digər məsələlər barədə müraciətlər edilib.

Mədəniyyət Nazirliyinin aidiyyəti struktur bölmələri nümayəndələrinin iştirakı ilə keçirilən qəbullarda vətəndaşlar diqqətlə dinlənilib, qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həll edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.

Qəbullarda ümumilikdə 50 nəfərdən artıq vətəndaşın müraciəti dinlənilib.

Tarix
2019.06.21 / 12:31
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla