Yuxarı

DGK sədri Argentina səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DGK sədri Argentina səfiri ilə görüşdü

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Argentinanın ölkəmizdəki səfiri Serxio Osvaldo Perez Qunellanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən Axar.az-a verilən məlumata görə, qonaqları səmimi salamlayan S.Mehdiyev Azərbaycan gömrük xidməti haqqında qısa məlumat verib və son illərdə Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar hesabına gömrük orqanlarında şəffaflığın təmin olunduğunu, yeni texnologiyalar və innovativ layihələr hesabına gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirildiyini diqqətə çatdırıb.

O da qeyd olunub ki, Şimal-Cənub, Şərq- Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşən ölkəmiz beynəlxaq ticarətin və tranzitin asan və sürətli həyata keçirilməsində mühüm rol oynayır, bu istiqamətdə reallaşdırılan irihəcmli layihələr sərnişinlərin, mal və nəqliyyat vasitələrinin qısa vaxt ərazində az məsrəflə daşınmasına şərait yaradır.

DGK-nin dünyanın əksər ölkələrinin gömrük orqanları ilə səmərəli işgüzar münasibətlər qurduğunu bildirən Komitə sədri iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın gücləndirilməsi üçün əlverişli şəraitin olduğunu diqqətə çatdırıb, ticarət dövriyyəsinin daha da artırılması istiqamətində mövcud potensialdan maksimum yararlanmağın vacibliyini diqqətə çatdırıb və qarşılıqlı əlaqələrin gücləndiriləcəyinə əminliyini ifadə edib.

Səfir Serxio Osvaldo Perez Qunella səmimi görüşə görə təşəkkürünü bildirib və Azərbaycan gömrüyündə həyata keçirilən yeniliklərin, əldə olunan nailiyyətlərin təqdirəlayiq olduğunu vurğulayıb. O da qeyd olunub ki, gömrük sahəsində əlaqələrin daha da gücləndirilməsi, qarşılıqlı əlaqələrin inkişafına, ticarət dövriyyəsinin artmasına da şərait yaradacaq.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Tarix
2019.06.25 / 23:01
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda "Roblox" bloklana bilər - Xəbərdarlıq

Ağdərənin Baş planı ilə tanışlıq - Video

Bu, gələcəyimizi böyük risk altına alır - Komitə sədri

Paşinyan Hikmət Hacıyevin Dilican səfərindən danışdı

Hakan Fidan pakistanlı həmkarı ilə İrandan danışdı

Ceyhun Bayramov koreyalı nazir müavinini qəbul etdi

Ceyhun Bayramov Hamade ilə TRİPP-dən danışdı

ABŞ və İran yekun razılaşma əldə edə biləcək?

Numan Qurtulmuş Azərbaycana səfər edəcək

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla