Yuxarı

Bakıda bu sexdə südün üstündə həşəratlar gəzir - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda bu sexdə südün üstündə həşəratlar gəzir - Foto

Xətai rayonu, Nobel prospekti 84 ünvanında antisanitar şəraitdə süd və süd məhsulları istehsal edən sex aşkarlanıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Axar.az-a verilən məlumata görə, agentliyə sözügedən sexdə sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə şikayət daxil olub.

Daxil olan müraciət əsasında süd və süd məhsulları sexinə baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, müəssisədə xam südü qəbul etmək və saxlamaq üçün xüsusi sahə mövcud deyil. Gətirilən xammal birbaşa sexdə quraşdırılmış pasterizasiya çəninə ötürülür. Bundan başqa, təhlükəsizlik göstəriciləri sayılan südün turşuluğu, pH və antibiotik test müayinəsi aparılmır.

Bəlli olub ki, xam südün alındığı heyvandarlıq təsərrüfatının sağlamlığı haqqında müvafiq sənədlər mövcud deyil. Müəssisədə eyni sahədə südün pasterizasiyası aparılır, xama, qatıq, dovğa, kərə yağı, kəsmik istehsalı həyata keçirilir.

Yoxlama zamanı müəssisədə südün qatılığının artırılması üçün məhsula qarğıdalı nişastasının vurulduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı müəyyən edilib.

Müəssisədə çənlərin iç hissəsində, pasterizə olunmuş südün və qablaşdırlan şor məhsulunun üzərində müxtəlif həşəratlar aşkar edilib. Müəssisənin sanitar-texniki və sanitar gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, işçilərin işçi geyimi ilə təmin olunmadığı, onların dövri tibbi müayinədən keçmədikləri müəyyən edilib.

ATQA onu da bildirib ki, aşkar olunmuş nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Tarix
2019.07.05 / 13:01
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İran üzr istədi və kapitulyasiya etdi - Tramp

İrandan ölkəmizə təxliyə edilən şəxslərin sayı...

Pezeşkian Bakı əvəzinə Kremlə zəng edib, Naxçıvandan danışdı...

Pezeşkian qonşu ölkələrdən hücumlara görə üzr istədi

Naxçıvana hücum: Bayramov Meredovla danışdı

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

İlham Əliyev bu liderlərə dəstəyə görə təşəkkür etdi

Təbrizdəki diplomatlarımızın təxliyəsi başa çatdı – Rəsmi

Ceyhun Bayramov Türkiyəyə yola düşdü

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla