Yuxarı

5 manat ver, nə qədər istəyirsən, meyvə ye! - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Mətbuat Günü münasibətilə təşkil olunmuş media-tur çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Şəki Dövlət Aqrar İnkişaf Mərkəzində "Aqrar sektorda müasir trendlər" mövzusunda seminar keçirilib.

Axar.az xəbər verir ki, seminarda çıxış edən Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Mehman Yusifov çalışdığı qurumun fəaliyyət istiqamətlərindən danışıb.

“Şəki Azərbaycanın böyük kənd təsərrüfatı rayonlarından biridir. Şəki DAİM Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumlarla sıx əlaqədə işləyir. Qurumun əsas iş prinsiplərindən biri fermerlərlə yaxın əlaqənin qurulmasıdır. Biz hər ay kəndlərdə fermerlərlə görüşlər keçiririk. Hər bir fermerin elektron qaydada qeydiyyatı aparılır. Nazirlik və başqa qurumlar tərəfindən ayda 2-3 dəfədən az olmayaraq əkinçilik, heyvandarlıq və s. sahələrlə bağlı təlimlər təşkil edilir. DAİM tərəfindən fermerlərin maarifləndirmə sərgilərinin təşkili də həyata keçirilir. Ümumilikdə DAİM 40-dan artıq xidmət növü üzrə fəaliyyət göstərir. Bütün xidmətlər həm xidmət göstərmək, həm də məlumat vermək xarakteri daşıyır”, - deyə o bildirib.

Kənd təsərrüfatı eksperti Nicat Nəsirli də çıxış edərək kənd həyatına qayıdışın önəmindən danışıb.

Seminardan sonra aqro-ekotur çərçivəsində fermer Etibar Nuriyevə məxsus "Bio Garden" təsərrüfatına səfər təşkil olunub. E.Nuriyev jurnalistlərə şəxsi təsərrüfatı barədə məlumat verib. Fermer hər gün təsərrüfatına müxtəlif xarici ölkələrdən qonaqların gəldiyini bildirib:

“Təsərrüfatımızda 50-yə yaxın meyvə çeşidi yetişdirilir. Burada həmçinin hər meyvənin müxtəlif sortları da mövcuddur. Bu qədər meyvə çeşidi olan təsərrüfat MDB-də ilkdir. Təsərrüfatın illik xərci 30 min manat təşkil edir. Təsərrüfata giriş qiyməti yerli turistlər üçün 5 manat, xarici turistlər üçün isə 8 manat təşkil edir. Təsərrüfatımızda olan qonaqlar buradan istədikləri qədər meyvə dərib yeyə bilərlər. Yemək və şirniyyat süfrəsi ödənişlidir”.

E.Nuriyev “Şəhərdən kəndə” layihəsinin əhəmiyyətini xüsusi vurğulayıb:

“Uzun illərdir bu təsərrüfatda işləyirəm. “Şəhərdən kəndə” layihəsi barədə eşitdikdə doğrusu, çox sevindim və bu layihəyə qoşulmağa qərar verdim. Özüm dünyanın bir çox ölkəsində olmuşam və aqro-ekoturizmlə bağlı xeyli məlumatım var. Onu deyə bilərəm ki, müxtəlif təsərrüfat sahibləri bu layihəyə qoşulmaqla əlavə gəlir qazana və təsərrüfatlarını inkişaf etdirə bilərlər. “Şəhərdən kəndə” layihəsinin aqro-ekoturizmə çox böyük fayda verəcəyini düşünürəm. Gələcəkdə turist axınının artırılması üçün təsərrüfatımızı daha da böyütməyi və inkişaf etdirməyi planlaşdırırıq”.

Tarix
2019.07.18 / 23:43
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı: İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla