Yuxarı

Brilyantı 163 minə satmaq istəyərkən tutuldular - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində brilyant daş-qaşı satan dələduz dəstə üzvlərinin ifşa olunması istiqamətində uğurlu əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən gecə saatlarında keçirilən tədbir zamanı, rayon ərazisində küllü miqdarda dəyəri olan iki ədəd brilliant daş-qaşları satmaq istəyən beş nəfərdən ibarət dəstə üzvləri “iş başında” saxlanılıblar.

Araşdırmalarla onların Quba rayon sakinləri, 62 yaşlı Əkbər Rzayev və 63 yaşlı İkram Pirimov, Bakı şəhər sakini 58 yaşlı Güllü Nazirova, əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri, 58 yaşlı Azad Rəşidov və 42 yaşlı Emil Canayev olduqları məlum olub.

İlkin dindirilmə zamanı həmin şəxslər törətdikləri cinayət əməlini etiraf edərək, iki ədəd 5 və 7 karatlıq brilyant daş-qaşı 163 min manat müqabilində Qubada satmaq istədiklərini bildiriblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi açılıb.

Tarix
2019.07.30 / 11:08
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Bakıya doğru “barışıq addımı” atdı - Kommersant

Milli Məclisin növbəti iclası başladı

İlham Əliyev Donald Trampı təbrik etdi

Azərbaycan diasporunun fəaliyyəti yoxlanılsın - Mironov

DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir?

Bayramov Xankəndidə Pakistan XİN başçısı ilə görüşdü

Prezident Ağdam səfəri ilə bağlı video paylaşdı

Pezeşkian Füzuliyə gəldi - Foto

Ərdoğan Xankəndiyə yola düşdü

İmaməli Rəhman Füzuliyə gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla