Yuxarı

Sabahın hava proqnozu: güclü külək, leysan...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasında avqustun 11-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam bir qədər mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, havanın temperaturu gecə 20-23° isti, gündüz 25-28° isti, Bakıda gecə 21-23° isti, gündüz 25-27° isti təşkil edəcək.

Atmosfer təzyiqi 753 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70% olacaq.

Güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 16-21° isti təşkil edəcək.

Tarix
2019.08.10 / 14:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla