Yuxarı

Qulinin imzası erməniyə görə saxtalaşdırıldı - Qalmaqal

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qulinin imzası erməniyə görə saxtalaşdırıldı - Qalmaqal

Azərbaycanlı qanuni oğru Nadir Səlifovla (Lotu Quli) Kutaisi oğruları arasında ciddi qalmaqal yaranıb.

Musavat.com-un xəbərinə görə, erməni əsilli Artur Atabekyana “oğru" səlahiyyətləri verməsi ilə bağlı həbsxanaya göndərilən “proqona” Qulinin də adı yazılıb ki, bu da azərbaycanlı qanuni oğrunun ciddi narazılığına səbəb olub. Quli hazırda Tver bölgəsindəki həbsxanalardan birində olan Artur Atabekyana heç bir dəstək vermədiyini bəyan edib və adının “proqona” onun izni olmadan yazılmasına görə izahat istəyib.

Qeyd edilir ki, bu, Arturun kriminal güc kimi təsdiqlənməsi üçün edilən ikinci cəhddir. Avqustun əvvəlində Şakro Molodoy bu təşəbbüsü blok edib. Arturun namizədliyini vaxtilə Ded Xasanın kurasiya etdiyi “Kutaisi qruplaşması” dəstəkləyir. Quli də bu qruplaşmaya dəstək verib. Amma onlar Qulinin izni olmadan oğru məktubuna onun da adını yazmaqla ciddi səhvə yol veriblər.

İddiaya görə, Quli bildirib ki, indi bu cür məktublu bəyanatların yeri deyil. Quli bildirib ki, əvvəla, erməni kriminala iradlar var və bu həll edilmədən onun kriminal aləmin yüksək mərtəbəsinə qəbulu yolverilməzdir. İkinci tərəfdən, indi Rusiyada qanuni oğrulara qarşı böyük bir savaş başlayıb və bu cür müzakirələr yersizdir. Quli sonda bildirib ki, mənsiz istədiyinizi yaza və istədiyinizi edə bilərsiz.

Qulinin demarşından məyus olduqlarını gizlətməyən "Kutaisi klanı"nın bundan sonra nə edəcəyi ciddi maraq doğurur. Bildirilir ki, Quli indi bu yaxınlarda azadlığa buraxılan Tariel Oniani (Taro) və Merab Suximski ilə yaxınlaşmaqda maraqlıdır.

Tarix
2019.08.19 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

Mirzoyan və Rubiodan “Tramp yolu” ilə bağlı birgə bəyanat

İran bir neçə milli dövlətə parçalana bilər - Arkov

Bayramov Fidanla regional təhlükəsizliyi müzakirə etdi

Pezeşkianı eşitmədilər, qətliam oldu: ABŞ zərbə endirəcək

Ceyhun Bayramov venesuelalı həmkarı ilə danışdı

Azərbaycana görə qiymətlər azaldı - Paşinyan

Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos

Səfirimiz Rusiya XİN-də bunu müzakirə etdi

Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan

ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla