Yuxarı

Deputat Qadın Sammitinin prezidenti ilə görüşdü - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat Qadın Sammitinin prezidenti ilə görüşdü - Foto

Millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva Ümumdünya Qadın Sammitinin prezidenti İrene Natividadla görüşüb.

Axar.az xəbər verir ki, görüşdə Ümumdünya Qadın Sammitinin prezidentinə ölkəmizdə qadınların cəmiyyətin müxtəlif sahələrində rolunun artırılması istiqamətində görülən işlərdən bəhs edilib. Azərbaycanın Birinci vitse-prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişləndirilməsinin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumat verilib.

Q.Paşayeva Ümumdünya Qadın Sammitinin prezidentinə Azərbaycan həqiqətlərindən danışıb.

İrene Natividad görüş zamanı rəhbərlik etdiyi təşkilatın Azərbaycanla münasibətlərin inkişafına önəm verdiyini deyib. O, Azərbaycan nümayəndə heyətinin sammitin işində iştirak edən ən fəal heyətlərdən biri olmasından, hər il Azərbaycanın sammitdə daha geniş təmsil olunması ilə yanaşı müzakirələrdə artan fəallığından məmnun olduğunu bildirib.

Q.Paşayeva İ.Natividada Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.

Tarix
2019.08.20 / 10:37
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Gəmi qəzası: Azərbaycanlıların həbs müddəti yenə uzadıldı

Ziyan milyarda çatdı, yeni “kart” qadağası gəldi – daha pis olacaq

Ermənistanda və Azərbaycanda müəyyən dairələr...

Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

Prezident forum iştirakçılarına müraciət ünvanladı

İlham Əliyev Kobaxidzeyə zəng etdi

Prezident Corc Volkeri qəbul etdi - Foto

İlham Əliyev Tacikistanın baş nazirini qəbul etdi

“Kalaşnikov” ən yeni avtomatlarını Bakıya gətirir

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla