Yuxarı

Bakıda təhlükəli binalar: problem yaşanacaq - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərini tikinti bumu bürüyüb. Paytaxtda bir-birindən əzəmətli göydələnlər, hündürmərtəbəli yaşayış evləri, inzibati binalar inşa edilir, lakin çox vaxt tikinti normaları gözlənilmir.

Belə binalardan biri də Ziya Bünyadov prospekti ilə İ.Dadaşov küçəsinin kəsişməsində yerləşən iki yeni hündürmərtəbəli yaşayış binasının arasında inşa edilən tikilidir. İki bina arasında inşa edilən tikili ilə qonşu binalar arasında təxminən 40-50 santimetr məsafə var. Bu binanın hansı tikinti normalarına əsasən inşa edildiyi maraq doğurur.

Mövzu ilə bağlı Axar.az-a danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, istənilən ərazidə tikinti işi aparılan zaman tikinti normalarına riayət edilməlidir:

“Tikinti zamanı diqqət edilməli məqamlar var. Hər bir mənzil normal havalanmalı, günəş işığı mənzillərə paralel düşməli, nəmişlik və rütubət kimi problem yaranmamalıdır. İstənilən tikinti zamanı bu normalar qorunmalıdır. Nəzərə alın ki, qanun 1 hektar ərazidə 1 bina tikməyə icazə verir, bir bina da təxminən 15-20 min kvadrat metrdir. Bu binanın da təbii ki, sağı, solu, önü, arxası olmalıdır. Nəzərə alın ki, bir binanın hündürlüyü 30 metrdirsə, ona yanaşı olan binalarla arasında məsafə minimum 45 metr olmalıdır. Bu, təhlükəsizlik baxımından da, fövqəladə hal baxımından da əhəmiyyətlidir. Biz binalar tikilərkən təkcə təhlükəsizlik qaydalarına fikir veririk. Bir çoxları mənzil alarkən məhz təhlükəsizliyinə baxır. Ancaq binanın hər bir tərəfinə günəş şüası düşməlidir. Bu baxımdan binalar arasında məsafənin olması mütləqdir”.

Ekspert bildirib ki, Bakı şəhərində indiyə qədər tikilən binaların böyük əksəriyyətində normativlər kobud şəkildə pozulub:

“Binalar elə vəziyyətdə tikilib ki, nə vaxtsa binalardan biri qəzalı olduğu üçün sökülməli olsa, problem yaşanacaq. Qəzalı binanın söküntüsü zamanı digər sağlam bina da zərər görəcək. Bütün bunlar nəzərə alınıb, iş aparılmalıdır. Bəli, bir-birinə bitişik halda olan bir neçə blokdan ibarət binalar var. Lakin onlar bitişik olduğu üçün burada heç bir problem yoxdur. Ancaq yanaşı tikilən binalar arasında məsafə olmalıdır. Binanın divarları il ərzində yağıntının təsirindən islanacaq, ancaq həmin dar hissəyə günəş şüası normal və düzgün düşmədiyi üçün təbii olaraq nəmişlik olacaq və rütubət yaranacaq. Bu, zamanla bina sakinlərini də narahat edəcək”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu isə saytımıza bildirib ki, sözügedən ərazidə aparılan tikinti kompleks kimi layihələndirilib:

“Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə İ.Dadaşov küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli çoxgirişli yaşayış binaları yanaşı yerləşdirilməklə kompleks kimi layihələndirilib. Binaların tikintisi mərhələli formada aparılıb ki, hazırda​ növbəti, sonuncu girişin inşası layihəyə əsasən davam etdirilir. Qeyd edək ki, kompleksə Ziya Bünyadov prospekti və İ.Dadaşov küçəsindən salınan 3 avtomobil və piyada giriş yolu, həmçinin həyət daxildir”.

Tarix
2019.08.26 / 16:00
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İrandan 100 minlərlə insan Azərbaycana qaça bilər - Video

Bir gündə “Azimut”un ikinci “Superjet”i qəza enişi etdi

Papikyan sərhədimizə gəldi: "cəbhə xətti" eyhamı - Foto

Azərbaycanda yeni bələdiyyələr yaradıldı

Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?

XİN Bosniya və Herseqovinanı təbrik etdi

Prezident Surinamın dövlət başçısını təbrik etdi

Prezident bu ölkə rəhbərini təbrik etdi

Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?

Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla