Yuxarı

20 Yanvardan avtobuslar yığışdırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın 20 Yanvar dairəsindən fəaliyyət göstərən Bakı-Sumqayıt avtobusları yığışdırılacaq.

Axar.az xəbər verir ki, kiçik mikroavtobuslarla sərnişindaşıma ilə məşğul olan bu marşrutların fəaliyyətinə birdəfəlik xitam veriləcək.

Əldə etdiyimiz məlumata görə, sözügedən marşrutlar Nəqliyyat Nazirliyinin müvafiq qurumunun tərkibində deyil və qanunsuz fəaliyyətlə məşğuldur.

Bildirək ki, bir müddət öncə nazirlik ayrı-ayrı sahibkarlara məxsus bu avtobusları yoxlayıb və qanunsuz fəaliyyətinə qadağa qoyub. Sadəcə, Bakı-Sumqayıt xətti üzrə marşrut qıtlığı səbəbindən onların fəaliyyətinə müəyyən qədər imkan verilib.

Onu da bildirək ki, sözügedən marşrut avtobusları uzun müddətdir ki, fəaliyyət göstərir. Onların fəaliyyətinə xitam verilməsi yaxın vaxtlarda açılacaq "Avtovağzal" metrostansiyası ilə də bağlıdır.

Stansiya sərnişinlərin istifadəsinə verildikdən sonra nazirliyin yeni avtobusları məhz buradan fəaliyyət göstərəcək.

Tarix
2015.01.12 / 08:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla