Yuxarı

Qaraçılar məktəbə necə gedə bilər? – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sığınacaqda məskunlaşan məktəbli yaşına çatmış Xatirə adlı qız sənədləri olmadığı üçün məktəbə gedə bilmir.

Axar.az xəbər verir ki, bu haqda məlumatı Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşıb.

Sığınacaq rəhbəri bildirib ki, hazırda Xatirənin valideynlərinin kimliyi ilə bağlı araşdırma aparılır:

“Roma qrupu qaraçılarındandır. Roma qrupu qaraçılarının bəzən heç valideynlərinin də sənədi olmur. Təhsil Nazirliyi sənədsiz şagird qəbul etmir. Çünki elektron sistemə məlumatlar oturdulmalıdır. Ancaq uşaq da məktəbə getməldir axı! Kimiliyi sübut eləmək üçün aylar tələb olunur. Bu müddət ərzində uşaq məktəbdən uzaq düşəcək. Ancaq uşaq oxumaq istəyir. 6 yaşlı uşağa onun sənədlərinin olub-olmaması maraqlı deyil”.

K.Ağazadı qızcığazın məktəbə getməsinə şərait yaradılması üçün yardım istəyib.

Mövzu ilə bağlı Axar.az-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, cəmiyyət qaraçılarla bağlı yeni bir mərhələyə qədəm qoymaq üzrədir. Onların məktəblərə, təhsilə cəlb olunmasına çalışılır:

“Maraqlı bir problem ortaya çıxa bilər ki, bu da cəmiyyəti və dövlət qurumlarını düşündürür. Söhbət ondan gedir ki, qaraçılar, böyüklərlə paralel uşaqlar da, dilənməyə adət edib. Hesab edirəm ki, bundan qorxmaq lazımdır. Ancaq onlarla düzgün təbliğat və maarifləndirmə işləri aparılsa, qısa müddətdə onları kütləvi şəkildə təhsilə cəlb etmək olar. Bu zaman da yeni bir problem çıxır, o da qaraçıların sənədləşmə prosesidir.

Qaraçılar ilk dəfə Azərbaycana 1960-cı illərin əvvəllərində Qazaxıstandan köçürülüblər. Onlar həmin vaxtı Yevlaxda məskunlaşdırılıblar. Onların məskunlaşan hissəsinin həmən vaxtı qeydiyyatı aparılmalı idi.

Maraqlıdır ki, Azərbaycanda qaraçılar etnik azlıq, sosial qrup kimi tanınmır. Deməli, ASAN Xidmət və pasport qeydiyyat şöbələri səyyar xidmət göstərib onların qeydiyyatını həyata keçirməlidirlər. Onların ola bilər ki, doğum tarixi dəqiq olmasın, amma təxmini yaşla bunu həyata keçirmək olar”.

K.Əsədov bildirib ki, bundan sonra onları Təhsil Qanunun imkan verdiyi kateqoriya üzrə təhsilə cəlb etmək olar:

“Hesab edirəm ki, qaraçıların təhsilə cəlb olunması təhsilə, məktəbə yeni rəng qatacaq. Təəssüflər olsun ki, biz onları ancaq dilənçi kimi təsəvvür edirik. Amma onların fəaliyyəti təkcə bununla bitmir.

Bizə Süleyman Sani Axundovun “Qaraca qız” əsərindən tanışdı onlar. Onların bacarıqları qabiliyyət tələb edən ixtisaslar üzrə uyğundur. Hesab edirəm ki, onlar musiqi, rəqs ixtisaslarında böyük uğurlar qazana bilərlər”.

Təhsil eksperti bildirib ki, 6 yaşlı Xatirə isə heç bir sənədi olmadığına görə hələlik məktəbə gedə bilməz:

“Yeganə çarə odur ki, Polis İdarəsində qeydiyyata alınsın və şəxsiyyəti təsdiq olunsun. Ondan sonra prosedur qaydaları tətbiq edilə bilər”.

Tarix
2019.09.04 / 15:31
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Tulia Ekson Azərbaycana gəldi

Putin İlham Əliyevə zəng etdi

Azərbaycan XİN-dən Fələstinlə bağlı paylaşım - Foto

İrəvan Bakıya bununla bağlı təklif göndərib - Xandanyan

İlin sonuna kimi sülh müqaviləsi imzalanacaq? - Rəsmi

Bəzi dünya liderləri COP29-da iştirak etmədi - Bayramov

Bayramovdan Paşinyanın açıqlamasına münasibət

Fransa COP29-dan imtina etdi - Bayramovdan reaksiya

Bu türk ölkəsi Bakıda 3,7 milyardlıq sazişlər imzaladı

Ümid edirik, gözləntilərə uyğun qərar qəbul olunacaq - Nazir

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla