Axar.az
Yuxarı

Erməni ailəsinin Azərbaycandakı biznesi - Faktlar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:58

İsveçdə yaşayan erməni ailəsinə məxsus “GN Tobacco Sveden” şirkətinin tütün məhsulları Azərbaycanda satılır.

Axar.az xəbər verir ki, bu barədə ARB kanalı olduqca diqqətçəkən araşdırma aparıb. Məlumata görə, şirkətin hazırki sahibi İsveçdə adı keyfiyyətsiz məhsullar istehsal etməkdə və qaçaqmalçılıqda hallanan Gevorq Nalbandyandır. Bu şirkətin idarə heyətində ailə üzvləri Sergey Nalbandyan və Antonina Nalbandyan da yer alıb.

Kanalın araşdırmasında tütün biznesinin ailəyə 1937-ci ildən bu işə başlayan babalarından miras qaldığı və ailənin öz məhsullarını 2009-cu ildən “GN Tobacco AB” adı ilə dünya bazarına çıxardığı bildirilib.

Azərbaycanda isə bu şirkətin ən çox istifadə olunan məhsulları “Siberia”, “Vayt Foks” və “Odens”dir. Bu məhsulları istənilən tütün satılan obyektlərdən asanlıqla əldə etməyin mümkün olduğu araşdırmada qeyd edilib.

Araşdırma materialında məhsulun lisenziyası olduğu və üzərində Azərbaycan dilində informasiya qeyd edildiyi bildirilib. Mağaza sahibi kanala açıqlamasında məhsulların Rusiyadan qanuni yollarla gətirildiyini, region üzrə satış mərkəzinin də Rusiyada yerləşdiyini deyib.

Məsələ ilə bağlı Vergilər Nazirliyindən ARB-yə verilən məlumata görə, sözügedən idxalçı şirkət qeydiyyatdadır və vergi ödəyicisidir.

Araşdırmada o qeyd edilib ki, “GN Tobacco Sveden” şirkətinin İsveç şirkəti, rəhbərinin də İsveç vətəndaşlığı olduğu üçün dövlətlərarası münasibətlər baxımından məhsulların idxal edilməsi qanunla qadağan edilə bilməz.

Lakin İsveç Azərbaycanlıları Konqresinin rəhbəri Emil Mirzəyev bildirib ki, Nalbandyan Qarabağdakı separatçılara maliyyə dəstəyi verir:

“Gevorq Nalbandyan və ailə üzvləri Qarabağdakı separatçılara və İsveçdəki erməni diasporuna dəstək verir. Nalbandyan 3 ilə yaxın siyasətlə məşğul olub və bir müddət Ermənistanda yaşayıb. Şirkətin saytında da hər şey erməni dilindədir.

Hətta 2016-ci ildə Aprel döyüşləri zamanı Skandinaviya ölkələrində yaşayan ermənilərin Azərbaycana qarşı kin və nifrət bəsləyən etiraz yürüşünü də Nalbandyan maliyyələşdirib”.

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyindən bildirilib ki, şirkətin sahiblərinin Azərbaycanın işğal olunmuş torpaqlarında fəaliyyəti və digər faktlar araşdırıldıqdan sonra nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Axar.az-a bildirib ki, texniki dəstək olarsa, bu şirkətin məhsullarının satışını boykot edə bilərlər:

“Ermənilərin istehsal etdiyi məhsulların Azərbaycanda satılması düzgün deyil. Düzdür, İsveç şirkəti olduğu üçün bu məhsulların Azərbaycanda satışı azad bazar iqtisadiyyatı şəraitində dövlət tərəfindən qadağan edilə bilməz. Lakin bizə dəstək olarsa, bu məhsulları boykot edə bilərik. Onu “bazar vasitələri” ilə bazardan çıxararıq. Burada bizə maddi deyil, mənəvi dəstək lazımdır”.

Tarix
2019.09.06 / 16:04
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Türkiyə və Azərbaycanın birgə təlimləri davam edir - Foto

Kolleclərə ixtisas seçimi başlayır - DİM

Azərbaycanda neçə nəfər peyvənd olunub?

Ölkədə koronavirusa yoluxanların sayı açıqlandı

Tankçılarımız normativləri yerinə yetirdilər

MN həftəlik icmalını təqdim etdi - Video

Snayperlərimiz İrana getdilər

Moskvada Azərbaycan pavilyonu yaradıldı

Şabranda ağır qəza: 1 ölü, 4 yaralı

Sabahın hava proqnozu açıqlandı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla