Yuxarı

2186 sürücü buna görə cərimələndi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
2186 sürücü buna görə cərimələndi

“Təmiz hava” aylığı çərçivəsində 2186 avtomobildən havaya normadan artıq karbon oksidin atıldığı məlum olub.

Bu barədə Axar.az-ın sorğusuna Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cavab olaraq bildirib.

Avqust ayının 1-dən 31-i tarixinə qədər keçirilən reyddə atmosfer havasını çirkləndirən sürücülərə müəyyın məlumatlar verilib:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən "Təmiz hava" aylığı ilə bağlı respublika ərazisində keçirilən birgə reydlər zamanı ümumilikdə 15 mindən çox avtomobildən atmosferə atılan qazların miqdarı yoxlanılıb. 2186 avtomobildən havaya normadan artıq karbon oksidin atıldığı məlum olub”.

Nazirlikdən bildirilib ki, reydlər avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə və insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə keçirilib. Məhz bu səbəbdən də atmosfer havasını çirkləndirən avtomobil sürücüləri ilə bağlı əldə edilmiş faktlarla bağlı protokollar tərtib olunaraq barələrində cərimə tətbiq edilib.

Nazirlikdən bildirib ki, bu gün respublikada atmosferə buraxılan çirkləndirici maddələrin 75 faizindən çoxu avtomobil və maye yanacaqla işləyən mühərriklərin payına düşür. Hesablamalara görə, ölkədə avtomobil nəqliyyatından atmosfer havasına il ərzində atılan zərərli maddələrin miqdarı 700 min tona yaxındır.

Xatırladaq ki, havanın çirklənməməsi üçün mütəmadi olaraq Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitəsi sürücülərindən istifadələrində olan avtomobilləri texniki cəhətdən saz vəziyyətdə istismar etmələrini xahiş edir.

Bu tələblərə riayət etməyən sürücülər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir.

Tarix
2019.09.10 / 10:42
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Ukraynada savaşmağa azərbaycanlılara 28 min təklif olunur

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

Rusiya Ukraynada “batır”, Çinin sazişi var - İran təkləndi

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla