Yuxarı

İran Xəzərdə 2,5 min tondan çox kilkə ovladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Xəzərdə 2,5 min tondan çox kilkə ovladı

Cari İran ilinin (21 mart 2019-dan başlayaraq) 5 ayı ərzində (21 mart -22 avqust) İranın şimalında yerləşən Mazandaran vilayətində Xəzər dənizindən 2,66 min ton kilkə ovlanıb.

Axar.az Trend-ə istinadla məlumat verir ki, bunu İranın Mazandaran vilayətinin balıqçılıq idarəsinin direktor müavini Qasım Kərimzadə deyib.

Q.Kərimzadənin sözlərinə görə, ovlanan kilkənin dəyəri 110 milyard rialdır (təxminən 2,16 milyon dollar).

Kərimzadə əlavə edib ki, ötən ilin analoji dövründə 30 milyard rial (714 min dollar) dəyərində 2,72 min ton kilkə ovlanmışdı.

Kərimzadə ötən illə müqayisədə kilkə ovunun 2% azaldığını və bunun səbəbinin Xəzər dənizində qeyri-sabit hava şəraiti günlərinin artması olduğunu deyib.

“Kilkə balığı pudrasının (balıq yeməyi) qiymətinin artmasına görə, bu il bu balığın dəyəri ötən ilin analoji dövrü ilə müqayisədə 265% artıb”, – deyə o qeyd edib.

İdarə rəsmisi bildirib ki, ötən ildə hər kiloqramı 11 min riala (təxminən 0,26 dollar) olan balıq yeməyi bu il 41,2 min riala (təxminən 0,98 dollar) qalxıb.

Kərimzadə deyib ki, ovlanan kilkələrin təxminən 90%-i balıq yeməyinə çevrilir, qalanı isə emal olunaraq satışa çıxarılır.

İdarə rəsmisi vilayətdə kilkə ovu ilə məşğul olan 44 gəminin fəaliyyət göstərdiyini deyib.

Tarix
2019.09.12 / 00:52
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla