Yuxarı

Nazir nöqsan və çatışmazlıqlarla bağlı tapşırıq verdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nazir nöqsan və çatışmazlıqlarla bağlı tapşırıq verdi

Bəzi ərazi orqanlarında müəyyən nöqsan və çatışmazlıqlar mövcuddur.

Axar.az xəbər verir ki, bunu Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində “Mülkiyyət əleyhinə olan cinayətlərin və qeyri-aşkar şəraitdə baş vermiş xırda talamaların qarşısının alınması və açılması”nın, həmçinin “Polis sahə rəisləri və inspektorları tərəfindən inzibati qanunvericiliyin tətbiqi sahəsində görülmüş işlər”in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunan Kollegiya iclasında çıxışı zamanı deyib.

Nazir bu nöqsanların aradan qaldırılması üçün adekvat tədbirlərin görülməsini tələb edib.

İlk növbədə, bu ilin ötən dövründə bir tona yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarıldığını bildirən V.Eyvazov bu sahədə fəaliyyətin nəticələrinin tam qənaətbəxş olmadığını, narkotik maddələr əleyhinə təbliğatın gənclər arasında, təhsil müəssisələrində, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə gücləndirilməsinin vacibliyi, xüsusən cinayətkar qruplaşmaların yeni metodlardan - internet informasiya resurslarından istifadə etməklə narkotiklərin satışını həyata keçirmək cəhdlərinin qarşısının alınması üzrə icrası zəruri olan tədbirlər barədə konkret tapşırıqlar verib.

Tarix
2019.09.16 / 21:03
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla