Yuxarı

Başçı ilə sahibkarın qalmaqalı belə bitdi – Özəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Başçı ilə sahibkarın qalmaqalı belə bitdi – Özəl

Bakının Sabunçu rayonu icra başçısı ilə "Bakıxanov" yarmarkasının sahibi arasında narazılığa son qoyulub.

Axar.az-ın əməkdaşına verilən xəbərdə icra başçısı Adil Vəliyevlə ticarət mərkəzinin rəhbəri Fərhad Mirzəyev arasında razılaşma olduğu deyilir. Yarmarkanın sökülməsi plandan çıxarılıb və ərazinin abadlaşdırılması, bazarın yan-yörəsinin sahmana salınması prosesi başlayıb.

Yarmarkanın qarşısında əvvəlki kimi natəmizlik, açıq havada ət və ət məhsullarının satışı təşkil edilmir. Tıxaclara səbəb olduğu bildirilən ticarət mərkəzinin qarşısı qismən açılıb.

Bununla belə, "Razin talkuçkası" adlanan bazarın gələcəkdə köçürüləcəyi istisna deyil. Hələlik bu plan nəzərdə tutulmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Sabunçunun icra başçısı yarmarkanı sökdürməyə qalxsa da, ticarətçilərin etirazından sonra iş dayanmışdı. İcra hakimiyyəti bazarın ətrafında natəmizlik hökm sürdüyünü, yarmarkanın yolu darısqal etdiyini, tıxaclar yaratdığını bildirərək, abadlıq işlərinin davamı kimi bazarı köçürmək niyyətini ortaya qoymuşdu. Amma ticarətçilər bazarın abadlaşdırılmasını boyunlarına götürəndən və natəmizliyi aradan qaldıracaqlarına söz verəndən sonra proses dayandırılıb.

Tarix
2015.01.16 / 08:30
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla