Yuxarı

Azərbaycanda 3 min illik kurqan tapıldı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 3 min illik kurqan tapıldı

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərlik etdiyi Yardımlı arxeoloji ekspedisiyası Tunc-İlk Dəmir dövrü abidələrində arxeoloji qazıntılar aparıblar.

AMEA-dan Kult.az-a verilən məlumata görə, qazıntı işləri Yardımlı rayonunun Kürəkçi, Alar və Arvana kəndləri ərazisindəki yaylaqlarda mövcud olan kurqanlarda davam etdirilib. Kürəkçi kəndi yaxınlığında Komanı yaylaqlarında aparılan arxeoloji qazıntılar zamanı İlk Tunc dövrünə aid qəbir abidələri üzə çıxarılıb. Komanı kurqanlarından birində aparılmış arxeoloji qazıntılar zamanı insan skeleti və ipəyirmə sənətində istifadə olunan əmək aləti tapılıb. Bundan əlavə, əvvəlki illərlə birlikdə 4 kurqanın qazıntısı başa çatdırılıb.

Rayonun Alar kəndi yaxınlığında Sarıbulaq yaylağında aparılan arxeoloji qazıntılar zamanı isə Son Tunc-İlk Dəmir dövrünə aid maddi mədəniyyət nümunələri əldə edilib. Məlum olub ki, Sarıbulaq abidələri əsasən skeletsiz kurqanlar tipinə aid olmaqla boş xatirat (kenotaf) qəbirləridir.

Arvana kəndi ərazisindəki Qaryatan adlanan yerdə kurqanın qazıntısı zamanı qəbir kamerasında zəngin dəfn adətinə rast gəlinib. Belə ki, diametri 5 m olan, ətrafı kromlexşəkilli düzümlü kurqanın qəbir kamerasında insan skeletinə, saxsı qablara, tuncdan silah nümunələrinə və bəzək əşyalarına rast gəlinib. Maddi mədəniyyət nümunələrinin forma və müqayisəli təhlillərinə əsasən bu kurqanda həm Xocalı-Gədəbəy, həm də Talış-Muğan arxeoloji mədəniyyətlərinin qarşılıqlı təsirləri üzə çıxıb. Hazırda kurqandan aşkar edilən insan skeleti üzərində antropoloji tədqiqatlar aparılır. Kurqanın İlk Dəmir dövrünə - e.ə. I minilliyin əvvəllərinə aid olması ehtimal edilir.

Həmçinin, ekspedisiya tədqiqat müddətində rayonun Qaravuldaş, Ökü, Ostayır, Perimbel və Honuba kəndlərində də kəşfiyyat xarakerli tədqiqatlar aparmaqla yeni kurqanlar və daş qutu qəbir nekropolları qeydə alıb.

Gələcəkdə sistemli olaraq, Azərbaycanın cənub-şərq bölgəsində aparılacaq kompleks arxeoloji tədqiqatlar nəticəsində ərazinin yüksək dağlıq və dağətəyi hissəsinin qədim dövr maldar cəmiyyətləri tərəfindən mənimsənilərək məskunlaşması məsələsinə, eyni zamanda ilkin sinifli cəmiyyətlərin formalaşması proseslərinə aydınlıq gətiriləcək.

Tarix
2019.09.22 / 10:34
Müəllif
Kult.az
Digər xəbərlər

Ceyhun Bayramov Türkiyəyə yola düşdü

Prezident tapşırıq verdi: Diplomatlarımız təxliyə edildi

Bu hücumu qətiyyətlə pisləyirik - Pelleqrini

BMT də Naxçıvana hücuma səssiz qalmadı

Tsviyanoviçdən Əliyevə: Biz bunu qəti şəkildə qəbul etmirik

Bu səhifə Azərbaycanla bağlı dezinformasiya yayır

İlham Əliyev Babişə təşəkkür etdi

SEPAH Azərbaycanda bu hədəflərə hücum hazırladı - Video

Çexiya baş naziri İlham Əliyevə məktub göndərdi

Herisçi Təbrizdən müraciət yaydı: Onu məcbur ediblər? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla