Yuxarı

Rektorların qovğası qarşılıqlı təhqirə keçdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rektorların qovğası qarşılıqlı təhqirə keçdi

Gəncə Dövlət Universitetinin sabiq rektoru Yadigar Əliyevlə sələfi Yusif Yusifovun qovğası yenidən qızışıb.

Axar.az-ın xəbərinə görə, Y.Əliyevin dövründə prorektor olmuş Y.Yusifovun onun postuna təyinatından bir ilə yaxın vaxt keçsə də, kompromat savaşı səngimir.

Rektorların bir-biri barəsində mətbuata sızdırdığı məlumatların ardı-arası kəsilmir. "Moderator.az" saytı yazıb ki, 90-cı illərdə Əsmətxanım Məhsəti Gəncə Universiteti adlı bir təhsil müəssisəsi açmağa müvəffəq olub. O vaxt Yadigar Əliyev onun köməkçisi olub. Xanım rektor dikdaban ayaqqabıda gəzə bilmədiyi üçün iş otağında başmaq geyinirmiş. Ona bu məsələdə Y.Əliyev kömək edirmiş. Saytın bu yazısına keçmiş rektor "Mia.az"a yazdığı məktubunda replikalarla cavab verib.

Sabiq rektor yazıb: "Xoş xatirələr var. Rektorun ictimai nəqliyyatla işə gedib-gəlməyi, vaxtaşırı universitetimizin müxtəlif istiqamətlərdə yerləşən korpuslarına tək-tənha piyada baş çəkməyi, qəflətən dərslərə girmək, Feysbuk səhifəsində tələbələrin göndərdikləri məktublar, rektorun mobil telefon nömrəsini bütün tələbələr, müəllimlər və universitetin əksər əməkdaşlarının əzbər bilməsi və s.

Yadigar Əliyev qadınlara, yaşca və vəzifəcə böyüklərə həmişə hörmət göstərib. Ancaq ali məktəbdəki iş yerində heç kim ayaqqabısını çıxarıb "şap-şap" geyinmir. Yadigar Əliyevin də hər gün ayaqqabısını çıxarıb, "şap-şap" geyinməyinə yardım göstərdiyi, hətta ayaqlarını yuyub-quruladığı yeganə qadın isə anasıdır.

O ki qaldı mərhəmətli qəlbə sahib olmaqda ad çıxarmağıma, qoy buna mənim rektor olduğum dövrdə GDU-da təhsil almış tələbələr, onların valideynləri münasibət bildirsin, səsimə səs versinlər".

Tarix
2015.01.17 / 08:15
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla