Yuxarı

FHN-in karate komandasından böyük uğur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
FHN-in karate komandasından böyük uğur - Foto

28-29 sentyabr 2019-ci il tarixlərində Sərhədçi Olimpiya İdman Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı tankçı Albert Aqarunovun 50 illik yubileyinə həsr olunmuş “Olimpiya Ümidləri” adlı Karate üzrə beynəlxalq turniri keçirilib.

Axar.az xəbər verir ki, 67 komandadan 800-dən çox idmançının mübarizə apardığı yarışda Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin nəzdində fəaliyyət göstərən “Budokan” idman klubunun idmançıları da qatılıblar. FHN-in komandası beynəlxalq turnirdə İdman - Sağlamlıq Mərkəzinin məşqçi- müəllimi Coşqun Sadıqovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər. Komandanın üzvləri Hüseynli Altay 10-11 yaşlı idmançılar arasında, 40 kq çəki dərəcəsində 5 döyüş, Fəttahlı Seyidəli 9 yaşlı idmançılar arasında, 28 kq çəki dərəcəsində 5 döyüş, Əzizov Hüseyn 8 yaşlı idmançılar arasında, 23 kq çəki dərəcəsində 4 döyüş, Əhmədova Nərmin 11 yaşlı idmançılar arasında, 35 kq çəki dərəcəsində 2 döyüş keçirərək bütün rəqiblərinə qalib gəlib və qızıl medalın sahibi olublar. Komandanın digər üzvləri Əliyev Zamiq 7 yaşlı idmançılar arasında, 28 kq çəki dərəcəsində 5 döyüş, Əliyev Əli 10 yaşlı idmançılar arasında, 35 kq çəki dərəcəsində 4 döyüş, Bayramova Məryəm 10 yaşlı idmançılar arasında, 30 kq çəki dərəcəsində 3 döyüş keçirərək gümüş medal qazanıblar. Səfərov Əli 10-11 yaşlı idmançılar arasında, 30 kq çəki dərəcəsində 4 döyüş, Salayev Arif 11 yaşlı idmançılar arasında, 35 kq çəki dərəcəsində 3 döyüş keçirərək bürünc medalla kifayətləniblər.

Tarix
2019.10.02 / 01:24
Müəllif
Axar.az
Digər xəbərlər

Putin indi dayansa, bu, qələbə olmayacaq - Zelenski

Kamaləddin Qafarov: Azərbaycan fərqli yol seçib

Diplomatlar Qarabağa gəldi, ermənilər... - Bəyanat

Prezident "Qobustan" GES-in açılışında... - Foto

Bu kəndin yarısı Azərbaycana verilib - Mirzoyan

İlham Əliyev onlara müraciət ünvanladı

Zakir Həsənov Çində mühüm forumda - Foto

Hakan Fidan Ramil Həsəni ilə görüşdü

Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - Foto

Yalnız Bakı Ermənistanı Putinin əlindən ala bilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla