Yuxarı

Namanqan Tovuzla qardaşlaşa bilər... – Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili Qənirə Paşayevanın rəhbərliyi ilə Özbəkistanda səfərdə olan Azərbaycan nümayəndə heyəti Namanqanda vilayətin rəhbəri-hakim Xeyrulla Bozarov ilə görüşüb.

Axar.az xəbər verir ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirən hakim Özbəkistanla Azərbaycanın regionları arasında da əməkdaşlığın daha da inkişaf etdirilməsinin prioritet məsələlərdən olduğunu bildirib. Millət vəkili Qənirə Paşayeva Azərbaycan və Özbəkistan şəhərləri arasında “Qardaşlaşmış şəhərlər” layihəsinin həyata keçirilməsini, Namanqanla Azərbaycanın Tovuz şəhərinin qardaşlaşması təklifi ilə çıxış edib.

Millət vəkili oktyabr ayında Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşündə iştirak etmək üçün Özbəkistan Prezidenti Şövkət Mirziyayevin Azərbaycana işgüzar səfərinin gözlənildiyini və bu səfərdən sonra ölkələrimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində yeni imkanlar açılacağını qeyd edib.

Millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında da danışıb, beynəlxalq təşkilatlarda bu məsələdə Özbəkistanın Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb, bu mövqeyə görə Özbəkistanın rəhbərliyinə minnətdarlıq.

Q.Paşayeva Azərbaycanda Namanqanın daha çox tanınmasına xidmət edən layihələrin, tədbirlərin artmasının vacibliyindən danışıb və bu istiqamətdə konkret təkliflərlə çıxış edib. Qardaşlaşmış məktəblər layihəsi, ortaq mədəni-ədəbi tədbirlər, mətbuat və media təmsilçilərinin qarşılıqlı səfərləri və s. istiqamətləri nəzərdə tutan təkliflər Namanqan hakimi tərəfindən müsbət qarşılanıb.

“Namanqanla Azərbaycan arasında həyata keçirilən bütün layihələr və işlərə dəstək göstərməyə hazırıq, qardaş Azərbaycandan daha çox insanlarımızı Namanqanda gözləyirik”, - deyən Xeyrulla Bozarov bu cür addımların iki qardaş ölkənin əməkdaşlığının daha da genişlənməsinə yüksək səviyyədə xidmət edəcəyini inandığını bildirib.

Vilayətin rəhbəri Q.Paşayevanın Azərbaycana dəvət təklifini də böyük məmnuniyyətlə qəbul edib.

Görüşün sonunda Qənirə Paşayeva Xeyrulla Bozarova Azərbaycan tarixi və mədəniyyətinə dair materiallar təqdim edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov iki ölkə arasında mədəniyyət, elm, təhsil sahəsində əməkdaşlıq, həyata keçirilən böyük layihələr, tədbirlər haqqında danışıb, rəhbərlik etdiyi qurumun bu istiqamətdə fəaliyyətindən söhbət açıb. O, Azərbaycan mədəniyyətinin Özbəkistanın regionlarında tanıdılması, Namanqanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin keçirilməsi, Namanqan kitabxanalarına Azərbaycana dair nəşrlərin hədiyyə edilməsi, turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə əlaqədar təkliflərlə çıxış edib. Qeyd olunub ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın və Özbəkistanın şair və yazıçılarınin, tarixçilərinin əsərləri, ümumilikdə 60-a yaxın kitab özbək və Azərbaycan dillərinə tərcümə edilərək çap olunub.

Görüşdə iştirak edən Azərbaycan Yazıçılar Birliyi Aran bölməsinin rəhbəri Sərvaz Hüseynoğlu, filologiya üzrə fəlsəfə doktoru, Hədəf liseyinin direktoru Şəmil Sadiq yaradıcı təşkilatlar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunublar. Namanqan vilayətinin bir məktəbinin Azərbaycanın bir məktəbi ilə “Qardaşlaşmış məktəb” layihəsini həyata keçirmək təklifini irəli sürüblər.

Millət vəkili Q.Paşayeva Özbəkistan Yazıçılar Birliyinin Namanqan filialının rəbərliyi ilə də görüşüb.

Qeyd edək ki, Özbəkistanın şərqində Qırğızıstanın Cəlalabad, Oş vilayətləri ilə sərhəddə yerləşən Namanqan vilayəti qardaş ölkənin sənaye cəhətdən inkişaf etmiş iqtisadi rayonlarındandır. Mərkəzi Namanqan şəhəri, 11 rayonu olan vilayətin 2 milyon 379 min əhalisi var.

Fərqanə vadisinin bir hissəsində yerləşən vilayətin əsas iqtisadiyyatı pambıqçılıq, üzümçülük, ipəkçilik təşkil edir.

Tarix
2019.10.02 / 23:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla