Yuxarı

Prezidentin vəzifə verdiyi polkovniklə bağlı - Yeni məlumat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin vəzifə verdiyi polkovniklə bağlı - Yeni məlumat

Ağsu Rayon İcra Hakimiyyəti bir neçə gün bundan əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Vahid Heydər oğlu Tağıyevlə bağlı avtobioqrafik məlumatları öz saytında yerləşdirib.

Axar.az xəbər verir ki, saytın yazdığına görə, Vahid Tağıyev 1961-ci ildə Göyçay rayonunun Alpoud kəndində anadan olub. O, 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu mühəndis mexanik ixtisası üzrə bitirib. Həmin ildən Avtomobil Təmiri Zavodunda iş fəaliyyətinə başlayıb, çilingər vəzifəsindən zavodun Texniki Nəzarət şöbəsinin rəisi vəzifəsinədək yüksəlib.

1984-1987-ci illərdə Göyçay rayonu “Leninqrad” südçülük sovxozunda azad komsomol komitə katibi, 1987-2016-ci illərdə təhlükəsizlik orqanlarında işləyib.

2006-cı ildə “Hərbi xidmətə görə medal”ı ilə təltif edilib. 2018-2019-cu illərdə Yeni Həyat Şirkətlər Qrupu MMC-nin Daxili Təhlükəsizlik Departamentinin direktoru, 2019-cu ilin fevralından sentyabrınadək Azərenerji ASC-nin Nəzarət idarəsində rəis müavini vəzifəsində çalışıb.

30 sentyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, V.Tağıyevin Dövlət Təhlükəsizlik Xidmətinin Astara və Zaqatala şöbələrində rəis müavini vəzifəsini daşıdığı bildirilir. Polkovnik V.Tağıyevin xüsusi xidmət orqanında son iş yeri DTX-nın Xaçmaz rayon şöbəsinin rəisi vəzifəsi olub.

Tarix
2019.10.03 / 17:34
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla