Yuxarı

ADU-nun rektoru Fransa səfiri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, xalq yazıçısı Kamal Abdulla Fransa Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Zakari Qros ilə görüşüb.

Axar.az xəbər verir ki, təhsil ocağının rəhbəri diplomatı universitetdə görməkdən məmnun olduğunu bildirib və Azərbaycandakı fəaliyyətində ona uğurlar arzulayıb. Rektor Fransa-Azərbaycan arasındakı münasibətlərin bundan sonra da daim yaxşı məcrada inkişaf edəcəyinə ümidvar olduğunu deyib.

70 ildir fəaliyyət göstərən universitetin əsas məqsədinin fransız, ingilis və alman dili tədris edən müəllimlər hazırlanılması olduğunu deyən akademik sonrakı illərdə siyahıya son dərəcə vacib olan dillərin də əlavə olunduğunu diqqətə çatdırıb. Kamal Abdulla 20-yə yaxın dilin tədris olunduğu universitetdə fransız dilinin əsas dillərdən biri olduğunu söyləyib. 4 fakültənin, 3 kafedranın fransız dilinin tədrisi ilə məşğul olduğunu deyən rektor hazırda fransız dili üzrə 430 tələbənin təhsil aldığını, 50 müəllimin tədrisi həyata keçirdiyini qeyd edib.

Kamal Abdulla rəhbərlik etdiyi universitetlə Fransanın qabaqcıl təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Universitet rəhbəri həyata keçirilən “Səfir saatı” klubunun fəaliyyəti ilə diplomatı tanış edib və onu həmin klubda tələbələrlə görüşüb müzakirələr aparmağa dəvət edib.

Səfir Zakari Qros səmimi qəbula görə minnətdarlığını bildirib. O, ölkədəki fəaliyyətinin ilk günlərində səfirlik əməkdaşları ilə tanışlığı zamanı onların əksəriyyətinin məhz ADU-nun məzunu olduğunu müşahidə etdiyini bildirib. Bu səbəbdən birinci səfərini ADU-dan başlayan səfir universitetin strukturu və səmərəli xidmətləri ilə tanış olduğunu qeyd edib. İki ölkə arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Z.Qros Azərbaycan Respublikası Təhsil Nazirliyinin gənclərə böyük sərmayə qoyduğunun şahidi olduğunu dilə gətirib. Səfir Azərbaycan və Fransa, həmçinin universitetlər arasındakı əlaqələrin möhkəmlənməsi üçün çoxsaylı işlərin görüləcəyinə əminliyini ifadə edib.

Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması haqqında məsələlər, tələbə-müəllim mübadiləsi müzakirə olunub.

Tarix
2019.10.14 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

İrəvan ABŞ səfirinin Zəngəzur təklifini niyə rədd etdi?

ABŞ-ın Zəngəzura 100 illik nəzarət planı: Regionu nə gözləyir?

İki əzəli düşmən birləşir... – Telegraf

Berdiməhəmmədov Qarabağa gəlir

Bu ölkə Azərbaycanda fəxri konsulluq açacaq

Nikol Əbu-Dabidən dərhal sonra niyə Brüsselə getdi?

PKK-nın silahı yerə qoymasına Əliyevdən reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla