Yuxarı

Həbs olunan “Qala” sədri deputatın bankını necə alıb? – Şok

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbs olunan “Qala” sədri deputatın bankını necə alıb? – Şok

"Qala" Beynəlxalq Mühafizə Xidmətinin rəhbəri "Kövsərbank"ın nəzarət-səhm paketini alıbmış. BTX rəhbəri Vüqar Hüseynov həbsdə olsa da, bankın ona satıldığı ortaya çıxıb.

Axar.az xəbər verir ki, Şabranda işçilərin pulunu mənimsəyən bu şirkət rəhbərindən narazılıq Bakıya yürüşlə davam etdi. Daha sonra V.Hüseynova dələduzluq faktı ilə cinayət işi açıldı. Bu günlərdə isə məlum olub ki, BTX rəisi adıçəkilən bankın səhmlərinin əsas hissəsinə sahib çıxıbmış.

"Azpolitika.info"nun yazdığına görə, "Kövsərbank"ın səhmlərinin 76 faizi kənar investora satılıb. Buna səbəb "Kövsərbank"ın Mərkəzi Bankının nizamnamə kapitalı və məcmu kapital tələbi ilə bağlı problemləri həll edə bilməməsi olub.

Bankın İdarə Heyətinin sədri Hidayət İbrahimov vəziyyətdən xilas üçün səhmlərin böyük hissəsini Fond Birjasına çıxararaq satmaq məcburiyyətində qalıb. Sayt yazır ki, yola saldığımız il dekabrın 25-də Bakı Fond Birjasında "Kövsərbank"ın 38 milyon manatlıq səhmləri yerləşdirilib. Günün ikinci yarısında "Kövsərbank"ın rəsmən satıldığı açıqlanıb.

H.İbrahimov "Kövsərbank"ın yeni sahibinin adını açıqlamayb. Sitat:

"Kommersiya sirri olduğundan investorun kimliyini açıqlamırıq. Yalnız onu deyə bilərəm ki, xaricdən investor cəlb etməmişik və bankın əsas səhmdarı dəyişir".

Qeyd edilir ki, "Qala" BTX sahibi "Kövsərbank"ın 38 milyon manatlıq səhmini alıb. Bankın sədri H.İbrahimovun deputat Eldar İbrahimovun qardaşı olduğu bildirilir.

***

Axar.az xatırladır ki, bankın səhmləri alınan tarixə qədər nə BTX əməkdaşları aksiya keçirib, nə də onların pulunun mənimsənilməsi mətbuatda ictimailəşib. Onu da deyək ki, mühafizəçilərə təlim keçmək üçün "Qala" BTX-nin Tədris Mərkəzi də fəaliyyət göstərir.

Araşdırmamız zamanı həmin tədris mərkəzinin açılışından olan fotoları arxivdən əldə etdik. Açılış mərasimində deputat Fəzail Ağamalının da iştirak etdiyini görmək olar.

Baş Prokurorluğun rəsmi məlumatında isə bildirilir ki, "Qala-BTX" və "Azər Mühafizə" MMC-nin direktoru Vüqar Hüseynovun qabaqcadan bir qrup şəxslə əlbir olaraq ayrı-ayrı şəxsləri işə düzəltmək və guya cəmiyyətin depozit hesabına keçirmək adı ilə aldadaraq, onlardan müxtəlif məbləğlərdə pullar aldığı bəlli olub.

Sənəddə deyilir ki, 2014-cü ilin noyabr ayınadək əməkdaşlara müxtəlif məbləğlərdə pul ödənilib. Lakin məvacibin bir hissəsi mənimsənilib. Baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü (dələduzluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham edilərək Vüqar Hüseynov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Tarix
2015.01.23 / 10:00
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla