Yuxarı

Bu gün Bakıda 1 dəqiqədə 570 mənzil satıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksinin 10-13 saylı binaları üzrə 10 mənzil, həmçinin 14, 15, 16, 17, 18, 19, 20, 21 və 22 saylı binalarında yerləşən 560 mənzilin, ümumilikdə 570 mənzilin həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı prosesinə aparılıb.

Axar.az xəbər verir ki, saat 11:00-da başlanılan satış zamanı 570 mənzilin seçimində iştirak edənlərin sayı 3807 nəfər olub.

Mənzillərin seçimi prosesi Mənzil İnşaatı Dövlət Agentliyinin inzibati binasında yaradılmış operativ qərargahda Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, "Elektron Hökumətin İnkişafı Mərkəzi"nin və "Ernst & Young" şirkətinin nümayəndələrinin iştirakı ilə müşahidə edilmişdir. Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın koordinatoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də seçim prosesini canlı müşahidə edənlər arasında olub.

Osman Gündüz deyib ki, MİDA -nın bu dəfəki onlayn mənzil satışında ilk mənzil seçimi təxminən 12 saniyə çəkib.

“Ötən onlayn satışlarda adətən ilk seçimə 6-7 saniyə sərf olunurdu. Bu gün ilk dəfə olaraq tətbiq olunan CAPTCHA texnologiyasına əsasən iddiaçılar seçim prosesində əlavə olaraq 12 simvolu da sistemə daxil etməliydilər. MİDA bunu robot-seçimlərə qarşı tətbiq edib.

Qərargah üzvləri sistemin normal çalışdığını, kənar müdaxilənin olmadığını bildiriblər”.

O.Gündüz qeyd edib ki, 570 mənzilin onlayn satışı təxminən 1 dəqiqə ətrafında başa çatıb.

Tarix
2019.10.16 / 19:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baş nazir Azərbaycandakı türk şirkətlərinin sayını açıqladı

Ceyhun Bayramov Bin Nunla görüşdü

DTX Akademiyasında Heydər Əliyevlə bağlı konfrans - Foto

Bolqarıstan liderinin Bakı səfəri başa çatdı

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi - Foto

Prezident və xanımı Bakıda gimnastika arenasında

İrəvan və Bakı sübut edə bilər ki, sülh üçün... - "Figaro"

Əsədov Əliyevin məktubunu Ərdoğana təqdim etdi

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi

Əsədov Ankarada mühüm iclasda: sənədlər imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla