Yuxarı

“Aslanov oğlunun qisasını belə aldı”

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Aslanov oğlunun qisasını belə aldı”

Həbsdə uşaq doğan Lamiyə Quliyeva qalmaqalı böyüməkdədir.

Axar.az xəbər verir ki, Şəmkirin sabiq başçısı Aslan Aslanovun oğlunu öldürən L.Quliyeva ilə bağlı müxtəlif xəbərlər, rəylər yayılır. "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Feysbuk səhifəsində maraqlı faktlar açıqlayıb:

"Aslan Aslanov səlahiyyət və qohumluq əlaqələrindən istifadə edərək, istintaqın və məhkəmənin onun qisasçılıq ambisiyalarına uyğun qərarlar verməsinə nail oldu. Qərb bölgəsində de-fakto qubernatorluq edən Aslanov keçmiş müdafiə naziri Səfər Əbiyevlə kirvə, eyni zamanda, "Azərneftyağ" birliyinin mərhum direktoru Ramiz Mirzəyevin qayını idi".

Ə.Oruclu yazıb ki, Aslanovun qisasçılığı bununla bitmədi:

"Vüqar Əliyevin ailəsinin Şəmkirdəki evi buldozerlərin qabağına verilərək dağıdıldı. Şəmkir sakinlərinə oğlu Ruslanın sürdüyü qara rəngdə VAZ-2107 markalı maşın faktiki qadağan edildi. Ruslanın qətlinin ildönümü günü oğluna toy edən rayon sakini şərlənərək həbsə atıldı.

İndi isə məlum olur ki, dünyaya uşaq gətirən Lamiyə Quliyevanın 2013-cü ildə cəza müddəti bitməli olsa da, cəzası 5 il 6 ay artırılıb. Sizi əmin edirəm ki, bu yazdıqlarım Aslan Aslanovun hikkəli özbaşınalıq və cinayətlərinin çox cüzi bir hissəsidir".

Tarix
2015.01.23 / 14:43
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla