Yuxarı

Türmədə doğan qızla 4 il əvvəlki rəisi nə bağlayır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türmədə doğan qızla 4 il əvvəlki rəisi nə bağlayır?

Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu qətlə yetirən Lamiyə Quliyevanın həbsdə uşaq dünyaya gətirməsi bir çox qaranlıq məqamları üzə çıxara bilər.

Axar.az xəbər verir ki, qadınlar üçün nəzərdə tutulan 4 saylı cəzaçəkmə müəssisəsinin eks-rəisi Müzəffər Məmmədovun "Bu xəbər qəzetdə çıxandan evdə dava-qırğındır. Ailəm dağılır", - deməsi müəyyən şübhələrə yol açır.

Bildirək ki, M.Məmmədov 2010-cu il fevralın 10-da işdən azad olunaraq təqaüdə çıxıb. Lakin Lamiyə Quliyeva 2014-cü il oktyabrın 16-da həbsxanada uşaq dünyaya gətirib. Yəni arada 4 il 8 aylıq bir fasilənin olması və sabiq rəisin bu narahatlığı ("Ailəm dağılır!") bir çox məqamların hələ də qaranlıq qaldığından xəbər verir.

İşgəncələrə Qarşı Azərbaycan Milli Komitəsinin rəhbəri Elçin Behbudov eks-rəisin bu işdə əli olduğu ilə bağlı iddialar səsləndirdiyini təkzib edib. Axar.az-a verdiyi açıqlamada M.Məmmədov haqqında bir kəlmə də olsun ittiham səsləndirmədiyini deyən komitə rəhbəri sadəcə işin araşdırılmasını tələb edib:

"Mən dəfələrlə qeyd etmişəm ki, müəssisənin keçmiş rəisi Müzəffər Məmmədovun bu məsələdə adını hallandırmamışam. Mənim Müzəffər müəllimlə nə işim var? Onu ittiham etməmişəm. Onun bu işə nə dəxli var? Mən də başa düşə bilmirəm".

Bildirək ki, Baş prokurorun keçmiş müavini, Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimli moderator.az-a verdiyi açıqlamada 2014-cü ildə uşaq dünyaya gətirən məhbusla bağlı 4 il əvvəlki rəisin - Müzəffər Məmmədovun adını hallandırıb.

Təqaüddə olan rəisin "Musavat.com"a dediyinə görə, rəis olduğu müddətdə Lamiyə Quliyevanın yanına qardaşı gəlmirmiş - anası, təkcə bir dəfə əmisi və xalasının gəlirmiş.

Məhkum qadının nişanlısının da ömürlük həbsdə olduğunu deyən M.Məmmədov onun heç vaxt L.Quliyeva ilə görüşmədiyini açıqlayıb:

"Vüqar gəlsəydi belə, Lamiyə ilə görüşə bilməzdi. Çünki nikah haqda şəhadətnamə olmalıdır. Vüqar Qobustan Qapalı Həbsxanasındadır və onun gəlməsi mümkün deyil. Lamiyənin həbsxanada necə ana olması barədə cavabın ən yaxşısını məhkumun özü verə bilər. Onu özü deyə bilər kiminlə əlaqədə olub. 100 faiz əminliklə deyirəm ki, bu işin baş tutması "zon"da qeyri-mümkündür".

Cəzaçəkmə müəssisəsinin keçmiş rəisinin təlaşlı çıxışının ardınca suallara soyuqqanlı cavab verməsi qalmaqalın daha geniş radiusda yayılmasına rəvac verir.

Sual ortaya çıxır: 4 saylı cəzaçəkmə müəssisəsinin hazırki rəisi açıqlama vermədiyi halda 4 il öncə təqaüdə çıxan şəxs niyə ailəsində dava-qırğın olmasından danışır?

Tarix
2015.01.23 / 16:12
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla