Yuxarı

Azərbaycanda hansı yol pullu olacaq? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda hansı yol pullu olacaq? - Açıqlama

İlkin olaraq Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun ödənişli olması nəzərdə tutulub. Hazırda bununla bağlı müzakirələr aparılır.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Modern.az-a açıqlamasında deyib. A.Nəcəfli qeyd edib ki, yolun inşası başa çatdırıldıqdan sonra detallar bəlli olacaq:

"Yolun inşasının 2020-ci ilin sonuna yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra yolun ödənişli olması ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq”.

AAYDA rəsmisi qeyd edib ki, hələlik digər yolların ödənişli olması müzakirə olunmur:

"Bundan əvvəl Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun da ödənişli olması məsələsi vardı. Amma hazırda həmin yolun pullu olması gündəmdə deyil”.

A.Nəcəflinin sözlərinə görə, əgər Bakı-Quba-Rusiya sərhədi yolunun ödənişli olması reallaşarsa, bunun digər yollarda da tətbiqi mümkün olacaq:

"Ödənişli yol istifadəyə verilən zaman mütləq alternativ yol olmalıdır və asfalt örtüyü keyfiyyət baxımından ondan geri qalmamalıdır. Bu, vətəndaşa seçim imkanı verir ki, ödənişli yolla getsin, yoxsa ödənişsiz”.

Tariflərə gəldikdə, mətbuat katibi bunun Tarif Şurası tərəfindən gələcəkdə müəyyənləşəcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Bakı-Ələt-Astara-İran sərhədi avtomobil yolunun ödənişli olacağı açıqlanmışdı.

Tarix
2019.10.22 / 21:43
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla