Yuxarı

Abutalıbovun sərəncamı ləğv edildi, tikinti dayandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Abutalıbovun sərəncamı ləğv edildi, tikinti dayandırıldı - Video

14:24

Bakı Şəhər İcra Hakimiyyəti Nəsmi rayonu 54 nömrəli tam orta məktəbin yaxınlığında aparılan tikinti işlərinın dayandırılması ilə bağlı məlumat yayıb.

Axar.az-a daxil olan məlumatda qeyd olunub ki, bir neçə gün əvvəl müxtəlif kütləvi informasiya vasitələrində Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbə yaxın ərazidə yüksək mərtəbəli yaşayış binasının tikintisinin aparılması ilə bağlı məlumat yayımlanıb. Məsələ ilə bağlı Təhsil Nazirliyi müvafiq tədbirlər görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət edib. Bununla əlaqədar olaraq dərhal Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin məsul nümayəndələrindən ibarət Komissiya yaradılıb və Komissiya üzvləri həmin məktəbdə olaraq məsələ üzrə ətraflı araşdırma aparıblar.

Müəyyən edilib ki, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində yerləşən torpaq sahəsi 2008-ci ildə Bakı Metropoliteninə verilib, sonradan isə həmin ərazi vətəndaş Azər Əkbərov və Asif Əsədova çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə ayrılıb.

Araşdırma zamanı məlum olub ki, hər iki halda ərazinin ayrılması Əmlak Məsələləri Dövlət Komitəsinin və digər aidiyyəti tərəflərin rəyi alınmadan həyata keçirilib. Bunu, tikinti işlərinin məktəbə çox yaxın yerdə aparıldığını və ictimai maraqları əsas tutaraq, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 40 ünvanında çoxmərtəbəli yaşayış binasının tikintisinin layihələndirilməsi məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş rəhbərliyi tərəfindən verilmiş Sərəncam ləğv edilib.

Hazırda Bakı Şəhər İcra Hakimiyyətində Təhsil Nazirliyinin müraciəti nəzərə alınaraq sözügedən torpaq sahəsinin məktəbə verilməsi məsələsinə baxılır.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin əvvəlki başçısı Hacıbala Abutalıbov olub.

Tarix
2019.10.28 / 17:17
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənilərin Qarabağa qayıdışı... - Vardanyan

İlham Əliyevin bu il ərzində iştirak etdiyi tədbirlərin sayı - Foto

Rusiyadan təyyarəmizlə bağlı yeni açıqlama: Sadiqik!

Vətən müharibəsində xalq buna şahid oldu - Deputat

İlham Əliyev göstəriş verdi: Ləğv ediləcək

Lavrov Azərbaycan səfirini niyə qəbul etmir? - Qapalı müzakirə

2026-da Azərbaycan və Rusiya əlaqələri necə olacaq?

Zakir Həsənov şəxsi heyəti təbrik etdi

Mehriban Əliyevadan bayramlarla bağlı paylaşım

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla