Yuxarı

Bu universitetdə işçilərin maaşı artırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu universitetdə işçilərin maaşı artırılır

Azərbaycan Tibb Universitetinin əməkdaşlarının maaşları artırılır.

Axar.az xəbər verir ki, bu haqda ATU-nun Elmi Şurasının bu gün keçirilən iclasında qərar verilib. Qərara əsasən, ATU-da çalışan əməkdaşların, professor-müəllim heyətinin sosial müdafiəsinin və maddi rifah halının daha da gücləndirilməsi məqsədilə onlara verilən vəzifə maaşları 01 sentyabr 2019-cu il tarixindən etibarən orta hesabla 10% artırılır.

ATU-nun Elmi Şurasının bu qərarı "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli Fərmanının 6-cı bəndinin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2019-cu il 3 oktyabr tarixli Qərarı sayəsində gerçəkləşib. Həmin qərara əsasən, ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrində təhsil alan hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarı artırılıb.

Xatırladaq ki, bu il martın 1-də universitetdə çalışan bütün əməkdaşların və professor-müəllim heyətinin əlavə əmək haqqları 20% artırılmışdı. Beləliklə, bu il ərzində ATU əməkdaşlarının əmək haqqısı 2-ci dəfə artırılmış olur.

Tarix
2019.10.29 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına böyük jest - Foto

32 il öncə Heydər Əliyevlə çəkilən şəkil Prezidentə göstərildi

Biz bütün dünyaya göstərdik ki...- Əliyev

Bu, Azərbaycan xalqı üçün bayramdır - Prezident

Hər dəfə bunu görəndə ürəyim sevinir - İlham Əliyev

Prezident: Daha yumruq dövrü olmayacaq - Video

Bu, artıq keçmişdə qaldı - İlham Əliyev

İlham Əliyev Kiçik Qaladərəsindən video paylaşdı

Prezident "Xankəndi" otelinin açılışında - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla