Yuxarı

Azərbaycana Sara təxribatı: Təcili toplantı çağırışı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:57

Biz çox ciddi təxribatlar silsiləsi ilə üzbəüzük. Söhbət yalnız bu dissertasiyadan getməməli, daha geniş bir əhatə nəzərə alınmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik, MM-in Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Sara Krombaxın doktorluq dissertasiyasındakı saxtakarlıqlarla bağlı professor Aida Qasımovanın qeydlərinə münasibətində yazıb.

Akademik bildirib ki, sözügedən dissertasiyanı diqqətlə oxuyub, həmin dissertasiyanın Yutubda yerləşdirilmiş müdafiəsi prosesinin tam videoyazısına da baxıb:

“Xanım Krombaxın əlaqələrini də hər ehtimala qarşı imkan dairəsində araşdırdım. Dissertasiyanın müdafiəsinə Ermənistanın Hollandiyadakı səfirliyinin əməkdaşlarının gəlişindən tutmuş, xeyli köhnə və təzə rəfiqələrinədək, bu xanımın yetərincə qalın erməni ətrafı var. Bunlar hələ görünənlərdir. “Xocalıya həsr edilmiş konsert verib” təsəllilərinə (guya həmin konsertdən sonra ermənilər onu öz tərəfinə çəkib gümanına) də inanmıram. Həmin addım bəlkə də məkrli planın tərkib hissəsi imiş ki, bizlər buralarda hayıl-mayıllıqla onun, sən demə, Bakı aşiqi olmasına, dərdlərimizə yanmasına inanaq, qarşısında qapıları bir az da geniş açaq.

“İnvention” (monoqrafiyanın başlığındakı “Ziia Buniiatov and the İnvention of an Azerbaijani past” – red.) sözünün “uydurma”dan başqa məna çalarlarını aramaq cəhdlərinin, həyəcan təbili çalanları qarşımızdakının düşmən olduğunu daha müfəssəl izahlarla sübut etməyə inadla çağırmaq təşəbbüslərinin, hər hansı tərzdəsə nəyisə malalamaq qımıldanmalarının yeri deyil. Kor kor, gör gör. Sırf düşmənçilik məqsədilə yazılmış əsərdir (“qərəz” bu kontekstdə zəif sözdür) və hətta onun bir qələmdən çıxmasına da şübhə var.

Oxşar niyyətlə yazılmış və bizi uydurma tarixə malik xalq, siyasi yolla peşkəş edilmiş böyük tarixi şəxsiyyətlərə sahib olan millət, yaşadığımız yerlərə gəlmə sakinlər adlandıran çox da köhnə olmayan iftiralarla dolu yazılarla bu dissertasiya qoşa alma kimi bənzərdir, aralarında fikir və qan qohumluğu var, bu səsləşmə də qətiyyən təsadüfi deyil.

Digər antiazərbaycan mərkəzlərlə yanaşı, bilavasitə erməni lobbisinin də qara əlləri ilə yönəldilən bu və bu tipli artıq yazılmış və yazılmaqla olan əsərlər bəlli hədəfləri olan siyasi və elmi təxribatlardır. Bundan əvvəl yazılanlar da var, indi yazılmaqda olanlar da. Həm də bu şəbəkənin iş üsullarından biri Azərbaycana qarşı atılan belə addımlara azərbaycanlıları da qatmaq, hətta bizə qarşı yazılan işləri nə şəkildəsə özümüzün maliyyələşdirməyimizə nail olmaqdır. Ayrı-ayrı adamların qılığına girərək, ya sadədilliyindən istifadə edərək onlardan informasiya mənbəyi kimi yararlanmaq da öz yerində.

Konkret olaraq bu iş də Azərbaycana qarşı planlı şəkildə xaricdən aparılan sistemli əməliyyatın tərkib hissəsidir. Ziya Bünyadovdan daha əvvəl (Ziya Bünyadovu dünyada tanınan və etiraf edilən alim kimi etibarsızlaşdırmaq bir məqsəddirsə, ondan açar kimi yararlanaraq zərbə dalğasını genişləndirmək növbəti, daha uzaqvuran niyyətdir) araşdırmada Azərbaycan xalqı nişana alınır, zəngin ənənəli, Rusiya şərqşünaslığının formalaşmasında da xüsusi əməkləri olan Azərbaycan şərqşünaslıq məktəbi heçə endirilir, bir xalq kimi özümüzün və həmçinin elmimizin uydurmalığı, qondarmalığı iddia edilir.

Mən doktorantlarımdan birinə bu qəbil çirkabla daşan iri həcmli bir kitab və həmin yanaşma tərzi haqqında inişil dissertasiya mövzusu vermişəm, işləyir. Lakin Krombax qəziyyəsi və az öncə baş tutmuş daha bir neçə belə təxribat daha nizamlı yanaşma tələb edir və qəti hərəkətlərə səsləyir.

Qərara almışam ki, yaxın vaxtlarda tarix, coğrafiya, arxeologiya, ədəbiyyat və mədəniyyət sahələrindəki bir dəstə səviyyəli alimi Nizami Muzeyində toplayım, ciddi müzakirə aparaq. Həm ləngimədən bir elmi sessiya keçirək, həm də bu qəbil təxribatlara tutarlı cavablardan ibarət (müəlliflər sırasına sağlam mövqeli dünya azərbaycanşünaslarından da cəlb etməyi düşünürəm) Azərbaycan və ingilis dillərində sanballı toplu buraxaq.

Bu fikir mübadiləsinə qatılanlardan Aida (Qasımova), Nəriman (Qasımoğlu), Fərda (Əsədov) da təbii ki, həmin sırada olacaq. İlkin fəaliyyət planını tərtib edən kimi yaxın günlərdə xəbər verəcəyəm. Zənn edirəm, aparcağımız fikir mübadilələrinə (söhbət həm də bilavasitə millətin, yurdun, dövlətin nüfuzu və təhlükəsizliyindən getdiyindən) yalnız alimləri deyil, Xarici İşlər Nazirliyindən və digər əlaqədar qurumlardan da səviyyəcə komandamıza uyğun və konkret iş görə biləcək şəxsləri də dəvət etmək məqsədəuyğundur”.

Tarix
2019.11.03 / 10:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla