Yuxarı

Bakıda arxivə girən, Bünyadova qara yaxan Sara casusdur?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

00:09

Məlum olduğu kimi, 2009-cu ildən başlayaraq mütəmadi olaraq Azərbaycana səfərlər etmiş Sara Krombax (Crombach) 2019-cu il, 18 oktyabrda Amsterdam Universitetində “Ziia Buniiatov and the İnvention of an Azerbaijani past” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Dissertasiyanın tam mətni bir neçə gün əvvəl internetdə yerləşdirilib. Bu barədə narahatçılığımıza səbəb, Krombaxın bədnam dissertasiyasının xalqımızın keçmişinə, mədəniyyətinə qarşı yönəlməsi, “tədqiqat” boyu görkəmli alimimz, erməni mifini dağıtmış Ziya Bünyadovun mənfi obrazının yaradılmasıdır.

Kult.az xəbər verir ki, bu sözləri professor Aida Qasımova sara Krombaxın bir neçə gündür müzakirə olunan sözügedən monoqrafiyası haqda qeyd edib.

Bundan öncə də mövzuya toxunduğunu xatırladan A.Qasımova Krombaxın dissertasiyasının adı və mahiyyəti ilə bağlı fərqli fikirlərə hörmət olaraq, bu məsələ ilə daha yaxından tanış olmaq, əsəri bir daha nəzərdən keçirmək, bu barədə başqa fikirlərlə də tanış olmaq qərarına gəldiyini vurğulayıb.

“İndi isə daha qətiyyətlə deyirəm: Bu dissertasiya erməni millətçilərinin mənafeyinə xidmət edir və fikrimcə, dissertasiyaya lazımi səviyyədə rəsmi münasibət bildirlməlidir.

Dissertasiyanın dilimizə tərcüməsi məhz “Ziya Bünyadov və Azərbaycanın keçmişinin uydurulması”dır. Dissertasiyanın ümumi kontekstindən “invention” sözünün məhz “uydurma” mənasında olması qənaətinə gəlinir. “Azərbaycanın keçmişi” ifadəsinin qeyri-müəyyənlikdə verilməsi də nəzərimizdən yayınmadı. Müəllifin fikrincə, Ziya Bünyadov Qafqazda guya aborigen xalqlar olan erməni və gürcülərin keçmiş tarixi müqabilində bu ərazilərə “gəlmə” xalq olan azərbaycanlılara tarix uydurub onları Alban dövləti ilə bağlamışdır. Əlbəttə, Sara Krombaxın bu barədə cavabı və Azərbaycan ərazisində xalqların türkləşməsi məsələsinin onun nəzərinə çatdırılması tarixçilərin işidir. Ümid edirəm ki, Sara Krombaxa bu barədə məhz Amsterdam Universitetində layiqli cavabı veriləcək”.

A.Qasımova qeyd edib ki, Sara Krombax Ziya Bünyadovun üzərində işlədiyi mənbələrdən xəbərsiz olduğu halda, Avropada erməni millətçilərinin təsiri altda yazılmış ədəbiyyata istinadən Qafqaz Albaniyasını ermənilərlə bağlamağa cəhd edir:

“Bu, Azərbaycan xalqının öz tarixi ərazilərinə olan haqqının danılması kimi olduqca təhlükəli bir tendensiyanın davamıdır. Bu yönümdən, Sara Krombaxın dissertasiyası erməni millətçilərinin düşüncəsini əks etdirir. Səhv etmirəmsə, hazırda Oksford Universitetində də Alban dövləti ilə bağlı bir dissertasiya yazılmaqdadır. Ümid edək ki, həmin dissertasiya erməni mənafeyinə qulluq etməyəcək.

Sara Krombax Ziya Bünyadovu həqiqi elmdən uzaq, siyasətə yönəlmiş və bu yolda tarixi saxtalaşdıran bir alim kimi təqdim edir. Onun fikrincə, məhz bu səbəbdən Ziya Bünyadov öz dissertasiyasını Leninqradda deyil, Moskvada müdafiə etmişdir.

Dissertasiyada birmənalı olaraq Ziya Bünyadovun üstüörtülü şəkildə gözdən salınması məqsədi güdülür. Dissertasiyada Ziya Bünyadovun Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi məsələsinə belə kölgə salınır; burada Ziya Bünyadovun bu adı almaq üçün öz əsgərlərini qətliama göndərmiş bir komandir kimi təsviri canlanır. Bu, təbii ki, erməni saxtakarlıqlarını ifşa etmiş alimimizi yalnız bir alim kimi deyil, həm də şəxsiyyət kimi gözdən salmaq məqsədi güdür. Məncə, alimin ailəsi bu məsələdə diqqətli olub məhkəməyə müraciət edə bilər.

Eləcə də bütün elmi fəaliyyəti boyunca qədim və orta əsr mənbələri ilə işləmiş alimimizin guya plagiatçı obrazının yaradılması da Ziya Bünyadovu gözdən salmaq, Qafqaz və Albaniya ilə bağlı gələcək tədqiqatlarda onun əsərlərini boykot etmək məqsədi güdür. Sara Krombax özü də bilir ki, azacıq olsa belə, üzərinə plagiat şübhəsi düşmüş alimlər sağlam elmi dairələrdə rədd edilir. Beləliklə də belə bir şübhə toxumu səpməklə Sara Krombax Ziya müəllimin dərin tədqiqat nəticəsində meydana çıxmış, erməni yalanlarını ifşa edən əsərlərini gələcək tədqiqatlardan uzaqlaşdırmaq məqsədi güdür”.

Professor xüsusi olaraq vurğulayıb ki, bu dissertasiyada elmi əsərlərə yaraşmayan bir tərzdə dedi-qodu və qeybət elementləri yer alır. Müəllif həyasızcasına dedi-qodu əsasında Ziya Bünyadovun başqalarının zəhmətini mənimsəməsini, hətta Qurani-Kərimin tərcüməsində onun xidməti olmamasını üstüörtülü şəkildə ifadə edir və yenə də ermənilərin yuxusunu ərşə çəkmiz alimimizi aşağılamağı hədəfləyir:

“Sara Krombaxın Ziya Bünyadov barədə, öz sözləri ilə desək, “mifləri” dağıtmasının arxasında yalnız bir şəxsin mənfi obrazının yaradılması dayanmayıb. “Miflərin” dağılması onun bir alim kimi gözdən salınmasına və bunun ardınca Ziya Bünyadovun Azərbaycan tarixi ilə bağlı əsərlərinin diskreditə olunmasına yönəlib. Burada belə bir sual meydana çıxır: Ziya Bünyadovun Azərbaycan tarixi ilə bağlı əsərlərinin ingilis dilinə tərcüməsi gündəmdə olubmu? Çünki dissertasiyanın müdafiəsi zamanı Amsterdamdakı erməni səfirliyinin nüməyəndəsi Sara Krombaxa Azərbaycan tarixinin saxtalaşdırılması ilə bağlı kitablar hədiyyə etmişdir.

Bir daha qeyd edirəm ki, Sara Krombaxın bütün üstüörtülü ittihamları faktlardan, mənbələrdən uzaq bir tərzdə təqdim edilir. Dissertant Ziya Bünyadovun araşdırdığı mənbələrlə işləmək bacarığından uzaq bir pianoçudur. O, Azərbaycana yeni gələrkən Xocalı faciəsindən təsirlənib Amsterdamda Xocalı qurbanlarına bir konsert də həsr etmişdir. Görünür, məhz bu konsert erməni diasporunun diqqərini cəlb etmiş və Sara Krombaxın Azərbaycan əleyhinə yönəlməsi sahəsində işlər görülmüşdür. Bu işdə ona dedi-qoduçu, qeybətcil azərbaycanlılar da kömək edib.

Bir məsələ məni çox düşündürür: Sara Krombax Azərbaycana gəlib Şərqşünaslıq İnstitutu ilə əməkdaşlıq edərkən rəsmi sənəd təqdim edibmi? Bu sənəddə onun dissertasiyasının adına diqqət yetirilibmi? Və sonrakı addımlar necə olacaq? Sara Krombax “Bakını sevir” deyib, bu vacib məsələnin üstündən sükutlamı keçəcəyik?

Mən onun Bakını sevməsinə şübhə etmirəm. Bakı gözəl şəhərdir...”

Qeyd edək ki, Sara Krombax sözügedən monoqrafiyasının yazılmasında köməklik göstərdiyi üçün Şərqşünaslıq İnstitutu da daxil olmaqla, bir çox tanınmış simalara təşəkkür edib (Daha ətraflı BURADA).

Maraqlıdır ki, S.Krombaxın təşəkkür etdiyi şəxslər onun Bakıya qarşı belə düşmən mövqe tutacağına, ermənilərin əlində alət olacağına inanmadıqlarını bildiriblər.

Bəziləri isə S.Krombaxın bir erməni layihəsi olduğunu, etimad qazanmaq və Azərbaycanda arxivlərə girmək, bu böhtan və qeybət dolu cızma-qarasını yazmaq, burda bəzilərinin dəstəyini qazanmaq üçün maskalandığını, başqa sözlə, casus fəaliyyəti həyata keçirdiyini düşünür. Hətta onun girişinə icazə verilən arxivlərdə sənədlərin taleyi də şübhəlidir. Hər alimin girə bilmədiyi arxivlərə buraxılan Sara Krombaxın o tarixi sənədləri məhv edə biləcəyi iddiaları da səsləndirilir.

Tarix
2019.11.03 / 10:12
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı ilə danışıqlarda müsbət irəliləyişlər var - Paşinyan

Ermənistan “Azərbaycan casusu”na 18 il həbs verdi

Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı

Mişa çağırış etdi: Bəsdir rəqs etdiniz, mübarizə aparın!

Bu ölkələr COP29-da birləşməlidir - Quterreş

Qazaxın azad olunan kəndlərindən - Foto

Bu məsələlər üzərində iş gedir - COP29 sözçüsü

Əminəm ki, bu müzakirələr səmərəli əməkdaşlığa yol açacaq

Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait...

Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla