Yuxarı

Ermənilər Bünyadovu Bakını sevən Sara ilə vurur? – Əsədov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər Bünyadovu Bakını sevən Sara ilə vurur? – Əsədov

Mən o dissertasiyanı oxumamışam, amma müşahidə edirəm ki, Sara xanımın yazısını Azərbaycan tarixini saxtalaşdırmaq kimi təqdim edən, əslində, erməni mənbələridir.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri Fərda Əsədov niderlandlı araşdırmaçı Sara Krombaxın “Ziya Bünyadovla Azərbaycanın uydurulmuş keçmişi” adlı doktorluq dissertasiyası haqda deyib.

Amsterdam Universiteti humanitar elmlər fakültəsinin Şərqi Avropa şöbəsinin əməkdaşı Sara Krombax haqda danışan F.Əsədov onun uzun illər Azərbaycan şərqşünaslıq elmi ilə məşğul olduğunu deyib:

“Sara xanım Azərbaycana qarşı dost münasibətlə həmişə fərqlənib. Onu da qeyd edim ki, o, Azərbaycan mədəniyyətinin vurğunudur. Hətta öz hesabına Azərbaycan piano musiqisinin diskini yazdırıb yayıb. O, eyni zamanda çox gözəl və peşəkar pianoçudur. Sara xanımın Azərbaycan tərəfinə düşmənçilik mövqeyindən çıxış etməsi mənə inandırıcı gəlmir.

Problem ondadır ki, biz bəzən öz mövqeyimizi bildirən ifadələri Qərb müəlliflərinin də dilindən eşitmək istəyirik. Bu, mümkünsüz bir şeydir. Əksinə, biz onlarla hər zaman təmasda olmalı, mövqeyimizi çatdırmaq imkanı qazanmalıyıq. Lakin biz görürük ki, kimlərsə Azərbaycan tarixini tədqiq etmək istəyənlərlə aramızı vurmağa çalışır. Biz Sara xanıma öz rəyimizi bildirmək üçün əsərlə yaxından tanış olmalıyıq”.

Qeyd edək ki, Amsterdam Universitetinin araşdırmaçısı Sara Krombaxın “Ziya Bünyadovla Azərbaycanın uydurulmuş keçmişi” adlı doktorluq dissertasiyası ictimaiyyətdə geniş rezonans doğurub. Sözügedən monoqrafiya ingiliscədir və hazırda azərbaycanlı alimlər bu doktorluq dissertasiyasını analiz edirlər. Bu məsələdə ən çox diqqət çəkən məqam S.Krombaxın Bakıya səfər etməsi, Şərqşünaslıq İnstitutunda görüşlər keçirməsi və Azərbaycan arxivlərinə birbaşa giriş imkanı əldə etməsidir.

Bundan başqa, Sara Krombax bu monoqrafiyanın ərsəyə gəlməsində Azərbaycanın tarixçi alimi Altay Göyüşova, Leyla və Arif Yunuslara, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlıya, akademik Vasim Məmmədəliyevə, şərqşünas alim Fərda Əsədova, həmçinin Cəmil Həsənliyə təşəkkür də edib.

Tarix
2019.10.30 / 17:10
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Bayramov Nyu Yorkda Mirzoyanla görüşdü: Razılıq...

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı müzakirə edildi

Azərbaycan şəhəri bu şəhərlə qardaşlaşa bilər

Qriqoryandan demarkasiya ilə bağlı açıqlama

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir - Boçorişvili

Sikorskinin dünyanı silkələyən çıxışı: Sergey, bosuna de... - Video

Azərbaycan Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqlədi

Ceyhun Bayramov Ferid Hoxa ilə görüşdü

Bunu Azərbaycandan alacağıq, Türkiyə ilə də... - Simonyan

BMT kürsüsündən İranı “məhv etmək”lə hədələdi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla