Yuxarı

Qarayevin illərlə gizlədilən biznes şəbəkəsi... - Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarayevin illərlə gizlədilən biznes şəbəkəsi... - Siyahı

Jurnalist Cavanşir Həsənli keçmiş mədəniyyət naziri Əbülfəs Qarayevin illərlə gizlədilən biznes şəbəkəsi ilə bağlı araşdırma ilə çıxış edib.

Axar.az xəbər verir ki, Cavanşir Həsənlinin araşdırması göstərir ki, Qarayevin fəaliyyəti yalnız Panamadakı şübhəli şirkətlər və Xorvatiyadakı hotellə məhdudlaşmırmış. Keçmiş nazir Moskvada dəniz məhsullarından tutmuş neft və qaz ticarətinə qədər geniş bir biznes imperiyasının arxasında dayanıb. Onun Moskvada "LEON BABY" və "MYASNAYA QARANT" kimi ticarət markaları var.

Jurnalist qeyd edib ki, nazir Moskvada təkcə balıq, molyusk, toyuq-cücə, deyil, həm də neft və qaz məhsulları satırmış:

"Həm də Əbülfəs Qarayev məhz nazir olduğu illərdə:

- 2004-cü ilin fevralında Panamada RİMBA SA şirkətini təsis edib;

- 2008-ci ildə Xorvatiyada LK D.O.O. (LTD) şirkətini həyat yoldaşının adın təsis edib, Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan "Amfiteatr" hotelini alıb;

- 2010-cu ildə həyat yoldaşı Lalə Kazimovanın adına KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ-ni təsis edib.

- 28 iyul 2010-ci ildə Moskvada "ÇƏHRAYI SUNK" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİnin (ООО "Розовый Скунс") təsisçisi kimi qeydiyyatdan keçib.

- 17 aprel 2012-ci ildə Moskvada fərdi sahibkar kimi qeydiyyata alınıb ( "qeyri-ixtisaslaşmış mağazalarda pərakəndə ticarət");

- 7 aprel 2014-cü ildə Moskvada GALS MMC-nin (ООО "ГАЛС") rəhbəri olub;

- 12.01.2016-cı ildə fərdi sahibkar kimi fəaliyyətini dayandırıb;

- 23.06.2017-ci ildə Moskvada "GZK OIL" MMC-ni (ООО "ГЗК ОЙЛ") təsis edib;

- 18 may 2023-cü ildə ÇE CORPORATION MMC-nin təsisçisi (ООО "КОРПОРАЦИЯ ЧЕ) kimi qeydiyyatdan keçib. Buna qədər təsisçi qismində Əbülfəs Qarayevin təsisçisi olduğu "QALS" və "ÇƏHRAYI SUNK" MMC-lər iştirak edib”.

Tarix
2025.12.06 / 13:45
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev Qətər əmirinin milli təhlükəsizlik müşaviri ilə görüşdü

Rusiya Zəngəzur dəhlizinə etiraz etdi

Hikmət Hacıyev Dohada Qətərin dövlət naziri ilə görüşdü

30 ildir sədrdir, məhkəməsinə 30 adam gəlmədi...

İlham Əliyev Finlandiya liderinə məktub ünvanladı

Mehdiyevin gizli görüşləri, məxfi məlumatların ötürülməsi...

Saxlanılan AXCP-çilərın hamısı azad edildi

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla