Yuxarı

Külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin Hədəf Mərkəzi tərəfindən tətbiq olunan müasir risk analizləri, rəqəmsal hədəfləmə alqoritmləri və real-vaxt nəzarət sistemləri hesabına xüsusilə külli miqdarda dərman vasitələrinin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Axar.az komitəyə istinadən xəbər verir ki, Hədəf Mərkəzinin analitik platforması tərəfindən Türkiyədən Azərbaycana "kartof" yükü gətirən nəqliyyat vasitəsinin marşrutdan kənarlaşması, yük məlumatlarında uyğunsuzluqlar aşkar olunub və Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postu üzrə nəzarətə götürülüb.

Aparılan koordinasiyalı tədbirlər nəticəsində nəqliyyat vasitəsinin yeri müəyyənləşdirilib və ilkin baxış zamanı yük yerinə qanunsuz müdaxilə faktı aşkarlanıb.

Mobil qrup tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri zamanı "kartof" yükünün içərisində gizlədilən və qaçaqmalçılar tərəfindən nəqliyyat vasitəsindən boşaldılmağa cəhd göstərilən karton qutular saxlanılıb.

Karton qutulara keçirilən baxış zamanı, ümumilikdə 90 adda 22 min ədəd dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Dövlət Gömrük Komitəsi bildirir ki, dərman vasitələrinin qanunsuz yolla gömrük sərhədindən keçirilməsi insanların həyat və sağlamlığı üçün böyük təhlükə yarada bilər və bu cür qanunsuz hərəkətlər yolverilməzdir, onların qarşısı ən ciddi şəkildə alınmaqla bu əməlləri törədən şəxslər müvafiq məsuliyyətə cəlb ediləcəklər.

Tarix
2025.12.06 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla