Yuxarı

Bakıda ölümlə nəticələnən qəza: sürücüyə bəraət verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda ölümlə nəticələnən qəza: sürücüyə bəraət verildi

Bakıda Ayna Sultanova heykəlinin yaxınlığında baş verən və bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Cavid İsa oğlu Əsgərov idarə etdiyi “Mersedes Benz C250” markalı, 99 GC 949 dövlət qeydiyyat nişanlı avtomobillə Atatürk prospekti ilə “Gənclik” istiqamətində hərəkətdə olarkən piyadanı vurmuşdu.

Ağır xəsarətlər alan piyada Məhəmməd İmaməli oğlu Babaşov xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişmişdi.

Hadisə ilə bağlı Cavid Əsgərov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə səbəb olduqda) ilə təqsirləndirilmiş şəxs qismində məsuliyyətə cəlb olunmuşdu.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Aynurə Sadıqovanın sədrliyi ilə baxılıb.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, piyada yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçib. Mərhum digər avtomobilin qarşısından qəflətən qaçaraq yola daxil olub. Bu səbəbdən Cavid Əsgərovun toqquşmanın qarşısını almaq imkanı olmayıb.

Toplanmış sübutlar əsasında məhkəmə Cavid Əsgərovun günahsız olduğunu müəyyən edib və onun barəsində bəraət hökmü çıxarıb.

Tarix
2025.12.06 / 11:03
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla