Yuxarı

Dərs zamanı şagird kimyəvi məhluldan zəhərləndi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dərs zamanı şagird kimyəvi məhluldan zəhərləndi

Masallı rayonunda orta məktəbdə şagirdlərdən biri kimyəvi məhluldan xəsarət alıb.

Axar.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə sentyabrın 30-da Masallı şəhər 3 saylı orta məktəbin 8-ci sinifində baş verib.

Sinifdə kimya dərsində keçirilən təcrübə zamanı kimyəvi məhlul stolun üstünə dağılıb. Dərsdən sonra şagirdlərdən biri ehtiyatsızlıq edib və həmin məhlulu əli ilə təmizləmək istəyib. O, məhlulu təmizləyərkən məhlulun iyindən gözləri göynəyib və əli ilə səhvən gözünü silib.

Nəticədə şagirdin gözünə məhlul düşüb. O, Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra uşaq valideynləri tərəfindən Bakıya gətirilib.

Məlumata görə, azyaşlı Masallı rayonunda babasının himayəsində qalırmış. Hadisədən sonra onun Bakıda işləyən valideynləri rayona gələrək uşağı Bakıya gətiriblər. Şagird Bakıda tibbi müayinədən keçiriləndən sonra evə buraxılıb.

Tarix
2026.10.01 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...

Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Fransa ən elementar siyasi tələbi təhlükə kimi görür - Abbasov

Putindən Azərbaycanla bağlı açıqlama...

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla