Yuxarı

Doğma teatrı Rəşid Behbudovu andı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Doğma teatrı Rəşid Behbudovu andı - Foto

Azərbaycan Dövlət Mahnı Teatrında görkəmli sənətkar, SSRİ Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr edilmiş anım gecəsi - konsert keçirilib.

AzərTac xəbər verir ki, hələ sovet dövründə Rəşid Behbudovun özünün səyləri sayəsində yaradılmış Mahnı Teatrında keçirilən tədbirdə Milli Məclisin deputatları, respublika ictimaiyyətinin nümayəndələri, tanınmış mədəniyyət xadimləri, musiqi ictimaiyyətinin təmsilçiləri ilə yanaşı, Rəşid Behbudovun ailə üzvləri – qızı və nəvəsi də iştirak edib.
Xatirə gecəsinin əvvəlində Rəşid Behbudovun ifasında mahnı səslənib, Əməkdar artist Gülyanaq Məmmədova açılış sözü deyib. G.Məmmədova bildirib ki, bu gün Rəşid Behbudovun anadan olmasından 98 il və onun yaratdığı Mahnı Teatrının fəaliyyətə başlamasından 45 il keçir.

Azərbaycanın estrada və opera müğənnisi (lirik tenor), aktyor, SSRİ Xalq artisti Rəşid Məcid oğlu Behbudov 1915-ci il dekabrın 14-də Tiflisdə anadan olub. Valideynləri oraya Şuşadan köçmüşlər. Atası Məcid Behbudov tanınmış xanəndə olub.

1956-cı ildə artıq tanınmış Azərbaycan müğənnisi Rəşid Behbudov "Azərbaycan" Dövlət Konsert Ansamblını, 1965-ci ildə isə həmin kollektivin bazasında Mahnı Teatrını yaradır. Mahnı Teatrı bir neçə il faktiki fəaliyyətdən sonra 1968-ci ildə rəsmi status alır.
Mahnı Teatrı dünyanın bütün qitələrində 70 ölkədə yüzlərlə konsert proqramı ilə çıxış edib.

Görkəmli müğənni 1989-cu il iyun ayının 9-da dünyasını dəyişmişdir.

Tarix
2013.12.14 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ərazi də PKK-dan təmizlənir – Tarixi proses başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla