Yuxarı

Azərbaycan mediası və diasporu Brüsseldə müzakirə edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brüsseldə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə birgə “Gresham Belson Hotel”də “Azərbaycan diasporu və Media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda praktik konfrans keçirib.

Axar.az xəbər verir ki, konfrans Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə noyabrın 3-7-də Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərində “Avropada diaspora və media lobbiçiliyi” layihəsinin icrası çərçivəsində gerçəkləşdirilib.

Konfransı giriş sözü ilə açan AAK-ın prezidenti, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Sahil Qasımov Avropada Azərbaycan diasporunun durumu, görülən işlərlə bağlı geniş məlumat verib.

ATXƏM-in sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü İlham İsmayılov bildirib ki, konfransda bu gün çox aktual mövzular olan “Azərbaycan həqiqətlərinin çatdırılmasında yeni təbliğat üsullarınından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi – mövcud təcrübə və perspektivlər. Azərbaycan və Avropanın KİV-ləri arasında əməkdaşlığın qurulmasında diaspor təşkilatlarının rolu” mövzusu və “Sosial şəbəkələr və Azərbaycan reallıqları” müzakirə olunur. Bu müzakirədə sosial şəbəkələrin Azərbaycan reallıqlarının təbliğinin effektiv vasitələrindən biri və ümumiyyətlə virtual məkanın imkanlarından istifadə edilməsi kimi önəm kəsb edən məsələlərdir. O qeyd edib ki, virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyini qorumaq, vahid məkanda fəaliyyəti əlaqələndirmək lazımdır.

Əflatun Amaşov “Azərbaycan həqiqətlərinin çatdırılmasında yeni təbliğat üsullarınından istifadə və müasir informasiya texnologiyalarının tətbiqi-mövcud təcrübə və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib.

“Ümumən Azərbaycanda media inkişafdadır. Bu gün ölkəmizdə rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir. Ölkəmizdə 11 ümumrespublika, 4 peyk, 17 kabel, 25 internet televiziyası və 13 regional televiziya, 14 radio fəaliyyətdədir. 2005-ci ildə Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilib və hazırda uğurla fəaliyyət göstərir. Bu gün Azərbaycanda 50-dən artıq jurnalist təşkilatı qeydə alınıb, 30-dək təşkilat söz və məlumat azadlığının, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, cəmiyyətlə media arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə fəal məşğul olur. Mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı 23-ə çatıb.Bütün bunlar təbii ki, mediamızın nəinki ölkədaxili proseslərdə fəal informasiya iştirakının təminatı, cəmiyyətdə şəffaflığın artırılması baxımdan vacibdir, eyni zamanda mediamızın dünya mediasına inteqrasiyası üçün önəmlidir. Heç şübhəsiz, mövcud istiqamətdə uğurlarımız olacaq və hesab edirəm ki, bu uğurların əldə edilməsində Azərbaycan diasporu ilə qarşılıqlı əməkdaşlıq mühüm rol oynayacaqdır”, - Ə.Amaşov vurğulayıb.

PA-nın İctimai-siyasi məsələlər şöbəsinin Diasporla iş sektorunun müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Qafar Əliyev “Sosial şəbəkələr və Azərbaycan reallıqları (həqiqətlərin təbliğinin effektiv vasitələrindən biri kimi)” mövzusunda məruzə ilə çıxış edib.

Azərbaycanın Avropa İttifaqı və Belşika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov bildirib ki, Azərbaycan Avropa məkanında diaspor və media qurumları ilə əməkdaşlıqda hər zaman maraqlı olub.

Azərbaycan Türk Evinin rəhbəri Tənzilə Rüstəmxanlı çıxışında bildirib ki, Azərbaycan həqiqətlərini təbliğ edən ciddi diaspor təşkilatları dövlət tərəfindən dəstəklənməlidir.

Daha sonra çıxış edən jurnalist Elnaz Ağaxan, Real TV-nin Avropa bürosunun əməkdaşı Xatirə Abdullazadə, AAK-ın vitse-prezidenti Rövşən Tağıyev, “Ustad” jurnalının baş redaktoru Şəmil Sadiq, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin, Nadir Holdenberq diaspor təşkilatları ilə media qurumları arasında əlaqələrin inkişaf etdirilməsi üçün öz təkliflərini səslındirdilər. Konfransın sonunda plaket təqdim olundu və konfrans iştirakçıları adından müraciət qəbul olunub.

Tarix
2019.11.06 / 23:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla