Yuxarı

Toylarda təhlükə mənbəyi: nazirə müraciət ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toylarda təhlükə mənbəyi: nazirə müraciət ediləcək

Son zamanlar toylarda yemək və salatlardan zəhərlənmələrlə bağlı tez-tez məlumatlar yayılır. Bunun əsas səbəbinin bir toydan qalan yemək və salatların növbəti gün başqa toyda iştirak edən insanlara təklif edilməsi, ərzaqların keyfiyyətsiz, hətta istifadəyə yararsız, vaxtı keçmiş olması bildirilir. Hətta şadlıq saraylarında işləyən şəxslər də belə ciddi nöqsanlara yol verildiyini etiraf edirlər.

Məsələ ilə bağlı Axar.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bunun əsas səbəbi sözügedən sahədə tənzimləmə olmamasıdır:

“Salatların yararılılıq müddəti bir neçə saatdır. Bəzi hallarda salatları, yeməkləri bir sutkadan çox saxlayıb növbəti toyda verirlər. Bu da insanların səhhətində müəyyən problemlər yaradır. Təəssüf ki, Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanun işləmir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu sahədə çox iş görməli, cəmiyyət bu sahədə onlara yardım etməlidir. Biz də AQTA-ya əlimizdən gələn dəstəyi göstərməyə hazırıq”.

E.Hüseynov mövcud problemlə əlaqədar İqtisadiyyat naziri Mikayıl Cabbarova müraciət edəcəyini deyib:

“Bu yaxınlarda Neftçalada bir qohumum dedi ki, toyda istifadə ediləcək əti şadlıq evinə təqdim etsə də, götürməyiblər. Şadlıq evindən deyiblər ki, əvvəlcə AQTA-dan icazə sənədi almalıdır. O da ətdən nümunə apararaq AQTA-nın regional nümayəndəliyində yoxlatdırıb, rüsumunu ödədikdən sonra əti şadlıq evinə təqdim edib. Etiraf edək ki, bütün şadlıq evlərində vəziyyət belə deyil.

Ona görə də Mikayıl Cabbarova müraciət edəcəm. Sözügedən problemlərin həllini tapması üçün bu sahədə mükəmməl istehlakçı siyasəti formalaşmalıdır”.

Tarix
2019.11.13 / 10:18
Müəllif
Büllurə Yunus
Digər xəbərlər

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

Türklər Azərbaycan simvolu asmağa başladı - Foto

Ermənistanla sərhəd xəttimiz haradan başlayır? - Bayramov

Ermənistanda yeni konstitusiya qəbul olunmalıdır...

Mirzoyanla yaxın zamanda görüş ola bilər - Bayramov

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla