Yuxarı

Azərbaycan mətbəxi Parisdə nümayiş olunur - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan mətbəxi Parisdə nümayiş olunur - Foto

Azərbaycan mətbəxi Fransanın paytaxtı Parisdə nümayiş etdirilir.

Report xəbər verir ki, ölkəmiz Fransada Azərbaycanın Dostları Asossiasiyasının təşkilatçılığı ilə 15-17 noyabr tarixində Paris şəhərinin ən məşhur sarayı "Grand Palais"də (Böyük Saray - red) keçirilən "Festival du bien-manger"də ("Ləziz yeməklər" festivalı) təmsil olunur.

Festival iştirakçılarına milli şirniyyatımızın tanınmış növlərindən olan şəkərburanın hazırlanması qaydaları, habelə xəmirin hazırlanması, üstünün bəzədilməsi və s. nümayiş olunub.

Təqdimat zamanı iştirakçılarla Azərbaycanla bağlı quiz keçirilib və düzgün cavab verənlərə Heydər Əliyev Fondunun nəşr etdirdiyi kitablar hədiyyə olunub. Məşhur fransız aşbazı Cyril Rouquet Provostun aparıcılığı ilə milli bayramlarımız, adət-ənənələrimiz, zəngin mətbəxımiz haqqında geniş məlumat verilib.

Ölkəmizin festivalda iştirakı Eduard Cointerau, Anne-Laure Descombin və Agora Expo şirkətlərinin rəhbərlik etdiyi "Beynəlxalq Qastronomiya Şəhərciyi" layihəsi ilə əməkdaşlığı çərçivəsində baş tutub. Fransada Azərbaycanın Dostları Assosiasiyası artıq 3 ildir "Beynəlxalq Qastronomiya Şəhərciyi" layihəsində iştirak edir.

120 yerli iştirakçi, 13 ölkə, 30-dan çox tanınmış aşpazın qatıldığı festival Fransanın ən böyük beynəlxalq bazarı olan Rungisin 50 illik yubileyinə həsr olunmuş mərasim çərçivəsində təşkil edilib.

Tarix
2019.11.17 / 20:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

Prezidentlər və xanımları hərbçilərlə görüşdü

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla