Yuxarı

Bu ölkələrdən İlham Əliyevə məktub...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:20

Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Prezident İlham Əliyevə təşəkkür məkubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Zati-aliləri, möhtərəm İlham Heydər oğlu!

Azərbaycana səfərim zamanı mənə və səfər yoldaşlarıma göstərilən səmimi qəbula görə Sizə ürəkdən təşəkkür edirəm.

Dünya dini liderlərinin II Bakı Zirvə Görüşündə iştirak etmək imkanına görə şad oldum. Burada biz Sizinlə və müxtəlif dinlərin nümayəndələri ilə birlikdə müasir dövrün aktual məsələlərini müzakirə edə bildik.

Sizinlə və Sizin ailənizlə ünsiyyət məndə ən səmimi hisslər yaratdı. Şadam ki, Sizin şəxsinizdə həssas insan və müdrik siyasətçi ilə görüşdüm, Sizə xas olan güclü mühakimə qabiliyyətinə, ictimai və beynəlxalq problemləri dərindən bildiyinizə bir daha əmin oldum. Sizin çox gözəl ölkənizə səfərim qəlbimdə xoş xatirə kimi qalıb.

Sizə məsul dövləti fəaliyyətinizdə möhkəm güc və uğurlar, Azərbaycan sakinlərinə sülh və firavanlıq arzu edirəm”.

***

Türkiyənin Diyanət İşləri Başqanı professor Dr. Əli Ərbaş da Prezident İlham Əliyevə təşəkkür məkubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Hörmətli cənab Prezident.

Dünya dini liderlərinin II Bakı Sammitinə və Zati-alinizin yüksək təqdiri ilə şərəfləndirdiyi möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibətilə rəhbərlik etdiyim geniş tərkibli nümayəndə heyəti ilə noyabrın 14-17-də ölkənizə səfərim zamanı mənə və nümayəndə heyətimizin üzvlərinə göstərilən xoş münasibətə və qonaqpərvərliyə görə təşəkkürlərimi ifadə etmək istərdim.

Xüsusilə səfərimizin əvvəlindən ölkənizdən ayrılana qədər bizi müşayiət edən, dəyərli vaxtlarını ayıraraq bizi tək qoymayan əməkdaşlarınızın göstərdikləri nəzakəti təqdirlə qarşıladığımızı bildirmək istəyirəm. Düşünürəm ki, gözəl ölkənizə nümayəndə heyətimizlə etdiyim səfər həm qurumlarımız, həm də ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafına töhfə verəcək.

Fürsətdən istifadə edib Zati-alinizə Uca Allahdan cansağlığı və xoşbəxtlik diləyir, Sizin şəxsinizdə azərbaycanlı qardaşlarımıza sülh, əmin-amanlıq və rifah arzulayıram”.

***

Misir Ərəb Respublikası Deputatlar Məclisinin birinci vitse-spikeri, Şəriflər Cəmiyyətinin rəhbəri Əl-Seyyid Əl-Şərif Prezident İlham Əliyevə təşəkkür məkubu ünvanlayıb.

“Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm cənab Prezident.

Şəxsən öz adımdan və bu il noyabrın 14-15-də Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Misir nümayəndə heyəti adından iki qədim mədəniyyəti - Şərq və Qərb mədəniyyətlərini təmsil edən, tolerantlıq, sülh içərisində birgəyaşayış nümunəsi olan qardaş və doğma ölkənizdə bizi mehriban qarşılayıb qonaqpərvərlik göstərdiyinizə və səmimi görüşə görə Zati-alinizə dərin təşəkkürümü və minnətdarlığımı çatdırıram.

Fürsətdən istifadə edib Zati-alinizə cansağlığı və doğma Azərbaycana getdikcə artan tərəqqi və rifah arzulayıram.

Yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm”-məktubda qeyd edilib.

***

Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin Məhkəmə və Dini məsələlər üzrə müşaviri, Əl-Əzhər Əl-Şərif İslam Araşdırmaları Mərkəzinin üzvü Əl-Seyyid Əli bin Əl-Seyyid Əbdurrəhman Al Haşim Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

“Əs-səlamu-əleykum və rəhmətullahi və bərəkətuhu.

Möhtərəm Prezident.

Mən və məni müşayiət edən nümayəndə heyəti Dünya dini liderlərinin II Bakı Sammitində iştirak etməyimizdən məmnunuq. İcazə verin, bu gözəl Sammitə hamilik etdiyinizə, açılış mərasimində iştirak və çıxış etdiyinizə görə Zati-alinizə təşəkkürümü, rəğbətimi və ehtiramımı ifadə edim.

Bu Sammit Azərbaycanda keçirilən ən mühüm tədbirlər sırasındadır. Din xadimlərinə göstərdiyiniz qayğı və diqqətə, Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinə bəxş etdiyiniz yüksək sevincə görə təşəkkür və minnətdarlığa layiqsiniz.

Yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”-məktubda qeyd edilib.

***

Qüds Sefardi ortodoks baş ravvini Şlomo Amar Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Möhtərəm Prezident.

Sizə və ailə üzvlərinizə Allahdan nemət və bərəkət arzulayırıq.

Sizi 10 il əvvəl tanıdım və çox dahi bir şəxslə görüşdüyümün şahidi oldum, təkcə böyük, mühüm işlər görməyinizlə deyil, eləcə də dahi və görkəmli, yüksək ali məqama malik olan şəxsiyyət kimi tanıdım. Siyasət sahəsində bir çox şəxslər bu işin öhdəsindən gəlməkdə çətinlik çəkiblər və bu, mənim gözlərim qarşısında baş verib.

Azsaylı bir xalqın nümayəndəsinə xüsusi münasibətlə yanaşmağınız, istəklərimizi yerinə yetirməyə səy göstərməyiniz, ehtiyac duyduqlarımızı ləyaqət və sadəliklə qarşılamağınız və təvazökarlıqla əlinizdən gələni etməyiniz böyük işlərdir.

Noyabrın 14-15-də təşkil etdiyiniz sammit dinlər və xalqlar arasında sülh yaradılmasına xidmət edir. Bu işi böyük hörmət və ehtiramla həyata keçirdiniz. Çox kiçik bir məqamı nəzərinizə çatdırım ki, saatlarla əyləşdiniz və bütün iştirakçıların çıxışlarını səbirlə dinlədiniz. Bu, Sizin böyüklüyünüzün daha bir nümunəsidir. Bütün qonaqları nahara dəvət etdiniz və yəhudi nümayəndəliyini də diqqətdən kənarda qoymadınız. Belə ki, müqəddəs Tövrat və dinimizin adətlərinə uyğun olaraq halal nemətlər ilə qidalanmağımızı təmin etdiniz. Öz xanımınızla ziyafətdə iştirak etdiniz. Eləcə də mühafizə işçilərinin yüksək diqqətəlayiq alicənablığını və davranışını da xüsusilə qeyd etmək lazımdır. Bu xüsusi diqqət və qayğıya görə hər bir şəxsə Allahdan bərəkət diləyirəm.

Səhəri gün, noyabrın 15-də 3 nəfər nümayəndə üzvü ilə birlikdə Prezidentin qəbuluna dəvət olunduq. Mənə heç vaxt unutmayacağım təəssüratlar bəxş etdiniz. Sizin nəzakətli davranışınızdan, sadəliyinizdən və söhbətinizdən dərin biliyə malik və təvazökar insan olduğunuzu gördük. Xalqımızın firavanlığı üçün dua etdik. Bir daha Zati-alinizin necə böyük və dahi bir şəxs olduğunu gördük. Bakının möhtəşəm küçələri, Prezidentin sadəliyi bizdə heç vaxt unuda bilməyəcəyimiz təəssüratlar yaratdı. Elə bu güclü və dərin iz qoyan təəssüratlarla da ölkəmizə qayıtdıq.

Cənab Prezident.

İcazə verin, Sizə, xanımınıza, ailə üzvlərinizə və Sizin kimi ali məqamlı Prezidentə layiq olan xalqınıza öz dualarımı çatdırım.

Əlavə etmək istərdim ki, Azərbaycan antisemitizmin hökm sürmədiyi yeganə ölkədir. Allah bunun müqabilində sizə nemət və bərəkət bəxş edəcək. Həmişə başqalarına da bu cür nümunə olmaqda davam edin”.

***

Livan İslam Sammitinin baş katibi, İslam-Xristian Milli Komitəsinin baş katibi,Nyu-York “Sülh uğrunda din” təşkilatının rəyasət heyətinin üzvü, “KAİCİİD”in idarə heyətinin üzvü, Amman Al Əl-Beyt təşkilatının idarə heyətinin üzvü, Əbu-Dabi İslam Cəmiyyətlərində Sülhün Möhkəmləndirilməsi Forumunun katiblər heyətinin üzvü Dr.Məhəmməd Əs-Səmmak Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Möhtərəm Prezident,

Gözəl Bakı şəhərində, vəfalı xalqınızın qonaqpərvərliyi şəraitində keçən və Sizin də açılışını etdiyiniz Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Livan müsəlman və xristian nümayəndə heyəti adından Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin rəhbərliyi ilə bütün millətlərin din və mədəniyyət nümayəndələri arasında Azərbaycanın tanışlıq, dialoq və anlaşma körpüsü qurmasına görə Zati-alinizə təşəkkür və rəğbətimizi bildirməkdən şərəf duyuram.

Cənab Prezident, icazə verin, xüsusilə İslam cəmiyyətlərinin və ümumilikdə bütün bəşəriyyətin ehtiyac duyduğu bu müsbət və konstruktiv rolun əhəmiyyətinə görə Sizə yüksək ehtiramımızı ifadə edim. Bu, münaqişə və iğtişaşların hökm sürdüyü, başqalarına qarşı ekstremizm, zülm və zorakılıq hallarının yayıldığı dünyada ən çətin və nəcib roldur.

İştirak etməkdə şərəf duyduğumuz sammit boyunca bu hallarla mübarizədə Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin müdrikliyi və uzaqgörənliyi, hamının yanında qazandığı hörmət ilə tutduğu yolun əhəmiyyətini və zəruriliyini dərk etdik.

Zati-aliləri, mən və bütün yoldaşlarım Şeyxülislamın hamımıza böyük hörmət bəslədiyini hiss etdik. Biz onunla mədəniyyətin, məhəbbətin yayılmasında, Allahın da bizdə görmək və qiyamət gününə kimi qalmasını istədiyi müxtəlifliyə ehtiram bəsləmək istiqamətində birgə iş görürük.

Həmçinin hiss etdik ki, bu, nəcib əxlaqi dəyərlərə riayət etməyə, dəyərləriniz və gözəl idarəetmə missiyanızla müəyyənləşən bu ali bəşəri missiyaya olan bir hörmətdir.

Zati-aliləri, insanlar arasında məhəbbət, ehtiram və sülh bayrağını qaldırmağa təşviq edən konstruktiv rolunuza görə təşəkkürümü və yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm”.

***

BMT Baş katibinin müavini, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anhel Moratinos Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

“Zati-aliləri.

Noyabrın 14-15-də gözəl ölkənizdə keçirilən Dünya dini liderlərinin II Bakı Sammitində mənə çıxış etmək imkanı yaratdığınıza görə Zati-alinizə öz minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin Dünya dini liderlərinin II Bakı Sammitinin iştirakçılarının şərəfinə verilən ziyafətə məni dəvət etdiyinizə və orada Sizinlə apardığımız müzakirələrə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə “Bakı Prosesi” çərçivəsində dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqində mühüm rol oynayır.

Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi on ildən çoxdur ki, müxtəlif mədəniyyətlər, dinlər və sivilizasiyalar arasında tolerantlıq, hörmət və anlaşmanın təşviq olunmasında aparıcı rol oynamaqla, Azərbaycanı təkcə regionda deyil, həm də bütün dünyada multikulturalizmin mərkəzi kimi tanıtmışdır.

Mən, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin baş katibi Şeyxülislam Allahşükür Paşazadənin tolerantlıq, dinc birgəyaşayış və dinlərarası dialoqun möhkəmləndirilməsində dini liderlərin rolunun gücləndirilməsinə göstərdiyi dəstəyini yüksək qiymətləndirirəm. Bu məqsədlər BMT Sivilizasiyalar Alyansının məqsədləri ilə üst-üstə düşür.

Dünya dini liderlərinin Bakı Sammitinin növbəti illərdə keçiriləcək tədbirlərində Zati-alinizə daha böyük uğurlar arzulayıram.

Fürsətdən istifadə edib, Sizə bir daha yüksək ehtiramımı bildirmək istəyirəm”-məktubda qeyd edilib.

***

ABŞ-ın Yeşiva Universiteti Sefardi Araşdırmaları İnstitutunun direktoru Rabbi Eli Abadi də Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

“Zati-aliləri cənab Prezident.

Fürsətdən istifadə edərək, məni Dünya dini liderlərinin II Bakı Sammitinə dəvət etdiyiniz üçün təşəkkürümü bildirmək istəyirəm.

Nəzakətiniz, qonaqpərvərliyiniz və bizi səmimiyyətlə qarşıladığınıza görə Sizə, Şeyxülislam Allahşükür Paşazadəyə və Azərbaycan xalqına öz adımdan, ABŞ Yəhudi liderləri və ABŞ-ın bütün Yəhudi Sefardi cəmiyyəti adından minnətdarlığımızı bildirirəm.

Ulu Tanrıdan Sizə ölkənizi idarə etmək üçün uğurlar, cansağlığı və uzun ömür arzulayıram”-məktubda yazılıb.

***

Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin (KAICIID) Baş katibi Feysəl bin Muammar Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb.

Axar.az məktubun mətnini təqdim edir:

“Zati-aliləri.

Bakıda keçirilən Dünya dini liderlərinin II Sammitinin yüksək səviyyədə təşkil olunması münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Dünya liderləri və nümayəndələri tədbir zamanı aparılan müzakirələr və qəbul olunmuş bəyannamə ilə ekstremizm, ksenofobiya və diskriminasiyaya qarşı mübarizədə qlobal dialoqun və ümumbəşəri həmrəyliyin əhəmiyyətini bir daha vurğuladılar.

Bu Sammit, həmçinin iki əlamətdar hadisə - Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubiley tədbirlərinin keçirilməsi ilə eyni vaxta təsadüf etdi. Allahşükür Paşazadə Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin İdarə Heyətinin çox hörmətli üzvüdür.

Təəssüflər olsun ki, din və müxtəlifliklə bağlı hadisələr bəzən icmalar arasında ümidsizliyə və dağıdıcı mənbələrə çevrilir. Halbuki həm din, həm də müxtəliflik ümumi cəmiyyətimizdə bizi birləşdirən həqiqət və fakt kimi qəbul olunmalıdır.

Məhz bu cür tədbirlər dinlərarası və sivilizasiyalararası dialoqun mədəniyyətlər arasında körpü rolunu oynaması və müasir dövrün problemlərinin həll olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Dialoq istər dini, istər mədəniyyət kontekstində Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin mandatının əsasını təşkil edir və təşkilatın məqsədi dünya dini liderləri və siyasətçilərini bir araya gətirərək dünyamızı narahat edən problemlərin həllində ortaq məxrəcin tapılmasıdır.

Mən, həmçinin fürsətdən istifadə edib, Sizinlə görüşümüz zamanı həlli vacib olan ortaq problemlərlə bağlı apardığımız məzmunlu müzakirələrə görə Sizə minnətdarlığımı bildirirəm. Bir daha qeyd etmək istəyirəm ki, dialoqun gücü həm bu gün, həm də gələcəkdə sülhə və tərəqqiyə, insan ləyaqətinə hörmət olunmasına aparan yeganə yoldur.

Sizə bir daha ən yüksək ehtiramımı bildirmək istəyirəm”.

Tarix
2019.11.23 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

Berbokun Bakıya qarşı ittihamları... – Prezidentin köməkçisi

Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış

COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...

COP29-un bağlanış iclası keçirildi - Video

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla