Yuxarı

AŞPA həmməruzəçiləri Bakıya gəlir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞPA həmməruzəçiləri Bakıya gəlir

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri martın əvvəllərində Bakıya gələcək.

Bu barədə Report.az-a AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə yeni təyin olunan həmməruzəçisi Tadeuş İvinski (Polşa) bildirib.

O, qeyd edib ki, martın ilk həftəsi həmkarı Pedro Aqramuntla Bakıya gəlməyi planlaşdırır.

Səfər zamanı həmməruzəçilər rəsmi şəxslərlə bir sıra görüşlər keçirəcək. Səfərin məqsədi ölkəmizin Avropa Şurasındakı öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinin öyrənilməsidir.

Öz təyinatını şərh edən T.İvinski, bildirib ki, regionla yaxşı tanışdır, dəfələrlə Azərbaycanda olub: "90-cı illərin sonlarından başlayaraq mən bir neçə dəfə Azərbaycana səfər etmişəm. Mənim ölkənizə ilk səfərim AŞPA-nın Miqrasiya və Qaçqınlarla bağlı Komitə rəhbəri qismində olub. Alim qismində mən Bakıda iki dəfə elmi konfranslarda iştirak etmişəm, eləcə də Avropa Şurası nümayəndə heyəti tərkibində Azərbaycanda keçirilən parlament və prezident seçkilərini müşahidə etmişəm".

Xatırladaq ki, T.İvinski yanvarın 29-da Strasburqda keçirilən AŞPA-nın qış sessiyası zamanı qurumun Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi seçilib. Bu vəzifədə o, Cozef Debono Qrexi (Malta) əvəz edib.

T.İvinski 1992-ci ilin yanvar ayından AŞPA üzvüdür. Bir neçə il ərzində Assambleyanın vitse-prezidenti, AŞPA-nın Çeçenistan üzrə məruzəçisi olub.

Tarix
2015.02.03 / 11:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla